Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Havanın çirklənmə səviyyəsini öyrənən peyklər – Mütəxəssislər narahatdır

Avropalılar fəzaya bir neçə peyk göndərib

Kosmosda mövcud olan peyklər havadakı çirklənmənin təhlükəli səviyyəyə çatması kimi narahatedici məqamları da görə bilir.

APA xarici KİV-ə istinadən xəbər verir ki, 20 ildən artıq bir müddətdə avropalılar havanın nə dərəcədə çirkli olması və buna nəyin səbəb olmasını ilə bağlı məlumat toplamaq üçün fəzaya bir neçə peyk göndərib.

Avropa Otra Mənzilli Hava Proqnozları Mərkəzindən Vinsent Henri Peuç bildirib ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, çirkli hava dünya boyu əlavə 7 milyon insanın ölümünə səbəb olub.
Avropa Ətraf Mühit Agentliyinin hesablamalarına görə isə Avropada bu problem səbəbindən təxminən 400-500 min arasında insan dünyasını dəyişib.

Avropa Fəza Mərkəzindən Kols Zehner bu haqda belə deyib: “Hazırda Kopernikin “Sentinel-5 Precursor” missiyası gün ərzində 7 dəfə olmaqla, hər dəfə 3.5 km məsafəni qət edərək, qlobal məlumat toplayır. Və bu, ilk dəfə olaraq hava şəraitinin monitorinqinı etmək və proqnozlaşdırmaq üçün operativ xidmətlərdə tətbiq olunmasına imkan verir".

Peyklər avtomobillərin buraxdığl nitrogen-dioksid qazından tutmuş toz və aerosol da daxil olmaqla, havadakı bütün zərərli maddələrin səviyyəsini müəyyən edir.

Hollandiya Kral Metereologiya İnstitutundan Pepin Vifkind qeyd edib ki, Tropomi cihazı bizim gələcəyə atdığımız ən böyük addımdır: “Bunun müxtəlif səbəbləri var. Fikrimcə, burada ən önəmli xüsusiyyət onun dəqiqliyidir. Bu cihaz əvvəlkilərlə müqayisədə 10 qat yaxşı görür və 3.5-7 kilometr məsafələrində görüntülər əldə edə bilir”.

Bu tədqiqatlar çirklənmənin olduğu yerləri öyrənməyə imkan verir və onlara zərərli çirklənmə ilə mübarizə üçün şərait yaradır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar