Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldova Prezidenti Azərbaycan Prezidentini təbrik edib

İqor Dodon  İlham Əliyevə təbrik məktubu göndərib

Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı, sülh və firavanlıq diləklərimi qəbul edin.

Bu əlamətdar tarix Sizin ölkənizin qazandığı hərtərəfli uğurları, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun inamla yüksəlməsini qeyd etmək üçün xoş bir fürsətdir.

Əminəm ki, dövlətlərarası konstruktiv dialoqun inkişafı və birgə layihələrin ardıcıl reallaşdırılması ikitərəfli əlaqələrimizi zənginləşdirəcək və qarşılıqlı faydalı Moldova-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün yeni perspektivlər açacaq.

Hörmətli İlham Heydər oğlu!

Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının firavanlığı naminə yeni nailiyyətlər diləyir, Zati-alinizə böyük ehtiramıma əmin olmağınızı xahiş edirəm”.(ONA)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar