Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Palata: "Problemli kreditlərin restrukturizasiya prosesi sürətlənəcək"

Problemli kreditlərin restrukturizasiya prosesi kompensasiya prosesləri bitdikdən sonra daha da sürətlənəcək

Bunu Maliyyə Pazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov açıqlamasında bildirib.

“Restrukturizasiya prosesi sırf bank-müştəri münasibətlərinə şamil olunur. Ona görə də banklarla müştərilər arasında olan müzakirələrdən sonra restrukturizasiya prosesləri icra olunur. Bu proses kompensasiya prosesləri bitdikdən sonra daha da sürətlənəcək”, – deyə İ.Alışov bildirib.

Xatırladaq ki, dövlət başçısının bu il fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya hesabına artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Paralel olaraq problemli kreditlərin restrukturizasiyası həyata keçirilir. Restrukturizasiya prosesindən faydalanacaq təxminən 300 min vətəndaş banklara dəvət olunaraq, illik cəmi 1%-lə, 5 il müddətinə milli valyutada yeni kredit müqavilələri bağlayır. /Report

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay