Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışı olub - Yenilənib

Prezident İlham Əliyev açılışda iştirak edib

Prezident İlham ƏliyevAzərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında  iştirak edib.

Prezident İlham Əliyev mayın 14-də Brüsseldə Azərbaycanın Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlət başçısına görülən işlər barədə məlumat veriblər.

Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir.

Azərbaycan Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub. Binanın girişi dövlət rəmzləri ilə bəzədilib. Burada dünyanın müxtəlif şəhərlərinin məşhur muzeylərində saxlanılan Azərbaycan xalçalarının fotoları, həmçinin 1870-ci il Təbriz xalçası nümunəsində əllə toxunmuş xalça da var. Daxili tərtibat işləri zamanı Qobustan qayaüstü rəsmlərinə də yer ayrılıb. Binanın birinci və ikinci mərtəbələri səfirliyin iş otaqları üçün nəzərdə tutulub. Burada səfirin, müşavirlərin və digər əməkdaşların, həmçinin konsulluq xidmətinin işçilərinin otaqları bütün zəruri avadanlıqla təchiz olunub. Bir sözlə, əməkdaşların səmərəli fəaliyyəti üçün binada hər cür şərait var. Binada, həmçinin səfirlik işçilərinin mənzilləri yerləşir.

Dövlət başçısı səfirliyin əməkdaşları ilə xatirə şəkli çəkdirib.

Mayın 14-də prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.

***

13.54

Azərbaycanın Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışı olub.

Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva "Twitter" səhifəsində məlumat verilib.

Məlumatda bildirilir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.(ONA)

pia.az

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar