Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Mahmudov müharibə veteranları ilə görüşüb - Fotolar

Bu gün dünyanın bir çox ölkələrində 9 May - faşizm üzərində Qələbənin növbəti ildönümü qeyd olunur

PİA.az-ın məlumatına görə, Milli Məclisin üzvü Rəşad Mahmudov Astara rayonunda yaşayan müharibə veteranları ilə görüşüb.

Deputat görüşdə bildirib ki, Azərbaycan xalqının nümayəndələri ön və arxa cəbhədə misilsiz qəhrəmanlıq nümunələri göstərib. Qələbənin 74-cü ildönümü münasibətilə müharibə iştirakçlarını təbrik edən R. Mahmudov bildirib ki, bu qanlı savaşda 640 mindən çox azərbaycanlı iştirak edib, onların təxminən yarısı döyüşlərdə həlak olub. Göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Müharibə vaxtı ön cəbhədə göstərdikləri şücaətə görə 176 min nəfər azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunub. Bundan əlavə, 30 nəfər müharibə iştirakçısı 1-ci, 2-ci və 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilib.

Millət vəkili qeyd edib ki, Böyük Vətən müharibəsi iştirakçılarının sosial durumunu diqqətdə saxlayan Azərbaycan dövləti onlara hərtərəfli diqqət ayırır: "Onların yaşa görə pensiyalarına əlavələr var, prezident təqaüdü alırlar, əlillər mənzil və avtomobillə təmin edilir, həmçinin, digər sosial qayğıları dövlət hesabına həll olunur. Bununla yanaşı, hər il 9 May - Qələbə günü ərəfəsində ölkə Prezidentinin imzaladığı sərəncamla sağ qalan Böyük Vətən müharibəsi iştirakçılarına və həlak olan, vəfat edənlərin həyat yoldaşlarına yüksək məbləğdə birdəfəlik maddi yardım ayrılır. Bu insanlara dövlət qayğısının artırılmasını zəruri edən, sadəcə, onların müharibə iştirakçısı və ya əlil olması, yaxud göstərdikləri şücaət deyil, həm də sağ qalan veteranların ahıl yaşda olmasıdır. Belə ki, bu müharibədə iştirak etmiş ən gənc insanın yaşı indi 90-ı ötüb. Buna görə də dövlətimiz onlara həm də Azərbaycanın ən yaşlı insanları kimi xüsusi diqqət göstərir".

Astara müharibə veteranları veteranları millət vəkili Rəşad Mahmudovla keçirilən görüşdən məmnunluqlarını ifadə edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay