Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD liderinin əlindəki “Türkiyə vilayəti” dosyesinin sirri…

Əbu Bəkr əl-Bağdadinin 5 illik fasilədən sonra ilk dəfə videosu yayılıb

Xəbər verildiyi kimi İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin 5 illik fasilədən sonra ilk dəfə videosu yayılıb. Təbliğat məqsədi daşıyan və bu günlərdə çəkildiyi müəyyən edilən videokadrlarda maraqlı detal var-Bağdadi əlində dosye tutub və həmin dosyenin üzərində ərəbcə “Türkiyə vilayəti” sözləri yazılıb.

Bəs bu dosyenin sirri nədir və İŞİD lideri “Türkiyə vilayəti” ilə hansı mesajları vermək istəyirdi?

Virtualaz.org xəbər verir ki, BBC-nin təhlükəsizlik müxbiri Frenk Qardner Bağdadinin görüntülərinin “Əl-Qaidə”nin keçmiş lideri Üsəma bin Ladenin videolarını xatırlatdığını deyir. Qardnerin fikrincə Bağdadi bu videorliklə İŞİD-in hələ tükənmədiyini və cihadı davam etdirəcəyini çatdırmaq istəyir.

Qardner deyir ki, Bağdadinin əlindəki “Türkiyə vilayəti” dosyesi İŞİD-in Türkiyədə fəaliyyətini gücləndirə biləcəyini təxmin etməyə əsas verir. “İŞİD daha əvvəl Türkiyədə öz rəsmi varlığını elan etməmişdi. İndi isə İŞİD tərəfdarları onun əlindəki dosyedən ruhlanaraq sosial şəbəkələrdə çoxsaylı paylaşımlar ediblər”-o bildirir.

Türkiyəli ekspert Abdullah Ağar da deyir ki, İŞİD-in “Türkiyə vilayəti” dosyesi ilk dəfə görünür. Onun sözlərinə görə, İŞİD daha əvvəl Türkiyənin ərazisini “xilafət”in tərkibində 3 hissəyə bölmüşdü-cənub-şərq ərazilərini “Kürdüstan”, şimal bölgələrini “Qafqaz”, geri qalanını isə “Anadolu” vilayəti olaraq göstərmişdi. İndi isə görünən odur ki, onlar “birləşdirilib”, vahid “Türkiyə vilayəti” kimi nəzərdən keçirilir. “Bu videoda Türkiyə təhdid edilir. Bu, rəsmən bir şantaj videosudur”-Abdullah Ağar yerli KİV-lərə açıqlamasında deyib.

pia.az


Etiket: İŞİD lideri

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib

ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı...

Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - Yenilənib

Atəşkəs niyə pozulur və Paşinyan Bakıya nə “təklif” edir?

Azarkeş azərbaycanlı qadın aparıcını öpdü - Video

Stoltenberq: NATO nüvə silahlarının hazır vəziyyətə gətirilməsini müzakirə edir

Bill Qeyts Çinə görə milyardlarla dollarından keçəcək

ABŞ-dən Rusiyanın dondurulmuş aktivləri ilə bağlı açıqlama

İlon Mask: Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək

Ən çox oxunanalar