Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərxalça”nın yığılmış zərəri 5 milyon manata yaxınlaşıb

“Azərxalça” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 78,344 milyon manat təşkil edib

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 75,8% çoxdur.

2018-ci ildə “Azərxalça”nın uzunmüddətli aktivləri 3,2 dəfə artaraq 50,657 milyon manata çatıb, cari aktivləri isə 4,2% azalaraq 27,687 milyon manata düşüb.

İl ərzində səhmdar cəmiyyətin cəmi öhdəlikləri 86,7% artaraq 199 min manat, cəmi kapitalı isə 75,8% artaraq 78,144 milyon manat olub.

Ötən il “Azərxalça”nın satışdan gəliri 424 min manat (əvvəlki ilə nisbətən 6,8 dəfə çox), satışının maya dəyəri 540 min manat (5 dəfə çox), satış və paylanma xərcləri 90 min manat (40,6% çox), inzibati və əməliyyat xərcləri 1,344 milyon manat (49% çox), amortizasiya və köhnəlmə xərcləri 2,57 milyon manat (30,4 dəfə çox), faiz gəliri 108 min manat (76,1% az), mənfəət vergisi ödəmələri isə 144 min manat (əvvəlki il qənaət edib) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 4,155 milyon manat zərərlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 7,3 dəfə çoxdur. Beləliklə, “Azərxalça”nın yığılmış zərəri 4,835 milyon manata çatıb.

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ilə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır.

2018-ci ildə “Azərxalça”nın işçilərinin sayı 691 nəfər və yaxud 87,8% artaraq 1 478-ə çatıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar