Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tüstülü saraylar:Monitorinqlər düzgün aparılmır, yoxsa tələblərə əməl edilmir? - Video

Şadlıq saraylarından çıxan tüstü ətrafda yaşayan sakinləri narahat edir

Bu mənzərə daha çox şadlıq evlərinin sıx yerləşdiyi Nizami, Xətai və Binəqədi rayonlarında hökm sürür. Araşdırmamız zamanı bəzi obyektlərin sahibləri tüstünün təmizlənməsi üçün yeni avadanlıqlar quraşdırdıqlarını bildirsələr də, restoranlardan çıxan tüstü başqa təəssürat yaradır.

Məsələn, Xətai rayonunda yerləşən "Təbrik" şadlıq sarayından tüstü yüksələrək ətrafa yayılır.

Eyni mənzərə hər axşam Nizami rayonu Bəkir Çobanzadə küçəsində, eləcə də Binəqədi rayonunun şadlıq evləri cəmləşən küçələrində də yaşanır.

Ətrafa yayılan tüstü ekologiyaya zərər verməklə yanaşı, sakinlərin də narahatlığına səbəb olur.

Problemlə bağlı şadlıq evinin meneceri Elçin Abbasov bildirdi ki, obyektdə müasir standartlara uyğun olan təmizləmə cihazları quraşdırılıb. Müəyyən zaman keçdikdən sonra həmin avadanlıqların filtri yenilənir. Elə tüstünün normadan artıq çıxması da bu zamana təsadüf edib. Elçin Abbasov bildirdi ki, artıq yeni filtrlərin quraşdırılması başa çatmaq üzrədir və sabahdan ətrafda yaşayan vətəndaşlar heç bir tüstü müşahidə etməyəcəklər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də mövqeyini açıqlayıb. Nazirliyin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, paytaxtın müxtəlif yerlərində son 10 gündə avadanlıq quraşdırılsa da, normadan artıq tüstü xaric edən 10-dan çox şadlıq sarayı müəyyən edilib və onlara vəziyyəti dəyişmək üçün 24 saat müddətinə məcburi göstəriş verilib. Elə "Təbrik" restoranı da xəbərdarlıq edilən obeyktlərin arasındadır.

Nazirlik rəsmisi onu da bildirib ki, Bakı, Abşeron və Sumqayıtda 600-dən çox şadlıq evi var və onların hamısını bir gündə monitorinq etmək fiziki olaraq mümkün deyil.

Qeyd edək ki, bu məsələ uzun müddətdir gündəmdədir. Görünən odur ki, restoranlar qoyulan bu tələbləri yerinə yetirməkdə bir o qədər də həvəsli deyilər. Bunun narahatlığını isə sakinlər çəkir.

Ekologiya və Təbii Sərvətlər Nazirlyi hər dəfə bu məsələ gündəmə gələndə monitorinqin aparıldığını açıqlayır. Nəticə isə dəyişmir. Görünür, ya monitorinqlər düzgün aparılmır, ya da şadlıq evlərinə quraşdırılan avdanlıqlar standartlara cavab vermir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar