Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da erməni qruplaşmasının cinayətkar əməlləri ifşa edildi

Nyu-Yorkun erməni millətindən olan vətəndaşı Stella Boyadjan viza dələduzluğu, əcnəbiləri cinayət əməllərinə cəlb etməsini, şəxsi məlumatların oğurluğunu etiraf edib

Bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, üç erməniyə qarşı fırıldaqçı viza sxeminə dair ittihamlar irəli sürülüb. Ermənistan vətəndaşları ABŞ-a bu sxemlə - orada yaşayan həmvətənlərinin köməyi ilə, xalq ansambllarının üzvləri kimi, qanunsuz olaraq gəliblər.

Açıqlamaya əsasən, Nyu-Yorkdan olan 48 yaşlı Stella Boyadjan, 31 yaşlı Qraçya Atoyan, (Qlendeyl, Kaliforniya) və 42 yaşlı Diana Qriqoryan (Ermənistan Respublikası) viza dələduzluğu və dövlətin aldadılmasında ittiham edilirlər.

Boyadjan və Qriqoryan, həmçinin pulların "yuyulması"nda ittiham olunurlar. Boyadjan eyni zamanda şəxsi məlumatların oğurluğunda təqsirləndirilir. Hər üç şəxs P-3 vizası dələduzluğu sxemi ilə məşğul olub.

“Report” bildirir ki, Boyadjan fırıldaqçı sxemin həyata keçirilməsi üçün "Big Apple Music Awards Foundation" təşkilatının adından istifadə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Kərim döyüləndən sonra ilk dəfə paylaşım etdi

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar