Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın dəmiryolu sistemində yenilənmə olacaq – Fərman

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Prezidentin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb

Fərmanla Nazirlər Kabinetinə dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması qaydalarını, dəmir yolu nəqliyyatı haqqında nizamnaməni, dəmir yolu nəqliyyatının texniki istismar qaydalarını, dəmir yolu nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair təlimatı, dəmir yolu nəqliyyatının siqnalizasiya təlimatını, dəmir yolu nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı qaydalarını, dəmir yolu nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydalarını, dəmir yolu nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması qaydalarını, dəmir yolu keçidlərinin istismarı qaydalarını, ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını 6 ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq etməsi tapşırığı verilib.

Nazirlər Kabineti Prezidentlə razılaşdırmaqla dəmir yolu nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) aktual qrafik təsvirini altı ay müddətində müəyyənləşdirilməsini təmin edəcək.

Kabinet dəmir yolunun ölkədaxili daşımalarla yanaşı, regional və beynəlxalq daşımalarda artan rolunu nəzərə alaraq, onun fəaliyyətinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə qurulması və bunun üçün lazımi həcmdə sərmayənin cəlb edilməsini təmin etmək məqsədi ilə “Azərbaycan dəmir yolunun 2019-2023-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Beləliklə, fərmanla Dövlət Proqramının müddəti daha 3 il uzadılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar