Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda polislə sakinlər arasında qarşıdurma - Video

Bu gün səhər saatlarından etibarən Ermənistanın Armavir əyalətinin Arşaluys kənd sakinlərinin keçirdiyi aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaşanıb

Yerli KİV bildirir ki, bir qrup sakin kənd icra nümayəndəliyinin binası önünə yığışaraq kənd icmasının rəhbəri Zarzanda Qriqoryanın istefasını tələb edib. Lakin sakinləri ərazidən uzaqlaşdırmağa cəhd edən polislə etirazçılar arasında qarşıdurma baş verib. Polis əməkdaşları aksiya iştirakçılarının binaya daxil olmasını əngəlləmək üçün onlara qarşı güc tətbiq ediblər.

Buna hiddətlənən kənd sakinlərinin aksiyası daha da genişlənib. Vəziyyətin nəzarətdən çıxdığını görən “Mənim addımım” blokunun deputatı Taqui Kazaryan təcili kəndə gələrək etirazçıların nümayəndələri və kənd rəhbəri ilə görüş keçirib. Amma deputat daha sonra KİV-ə açıqlamasında bildirib ki, danışıqlar zamanı heç bir razılığa gəlmək mümkün olmayıb: “Əgər desəm ki, söhbət rəvan keçdi və konstruktiv həll yolu tapıldı, onda sadəcə yalan danışmış olacağam”.


Deputatın sözlərinə görə, problem kənd rəhbərinin bundan əvvəlki aksiya zamanı onun istefası tələbinin irəli sürüldüyü sənədə imza atanlara qarşı təzyiq siyasətini işə salmasındadır.

Azvision.az xatırladır ki, Arşaluys sakinləri uzun müddətdir kənd icmasının rəhbəri Zarzanda Qriqoryanın istefaya getməsini tələb edirlər. Zarzanda Qriqoryan “Yerkrapa” yarımhərbi təşkilatının rəhbəri, Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törətmiş general Manvel Qriqoryanın qardaşı oğludur. Ötən il o, külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunaraq həbs edilmiş, lakin dekabrda azadlığa buraxılmışdı. Buna etiraz edən ermənilər hökumətdən generalın yenidən həbsə atılmasını tələb edirlər.

pia.az


Etiket: Qarşıdurma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar