Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazıçılar Birliyi SOCAR-ın şair Qabilə münasibətindən narazı qalıb

Dövlət Neft Şirkətinin (SOCAR) Xalq şairi Qabilin adını daşıyan "Poet Qabil" neft tankerinin adını dəyişib – “Göy Göl Ulduzu” – "Blue Lake Star" qoyması ictimaiyyətdə birmənalı qarşılanmayıb

Şairin varisi, yazıçı-publisist Mahir Qabiloğlu saytımıza açıqlamasında deyib ki, bu məsələyə Azərbaycan Yazıçılar Birliyi (AYB) də münasibət bildirməlidir.

“Çünki Qabil ilk növbədə Azərbaycan xalqının şairidir. Qabilin dostları - Anar, Fikrət Qoca, Nəriman Həsənzadə, Çingiz Abdullayev, Rəşad Məcid, buyurun, söz sizindir. Bir də... Qabil 12 ildir rəhmətə gedib. AYB rəhbərliyindən xahiş edirəm ki, Xalq şairi Qabilin xatirəsinin əbədiləşdirilməsiylə bağlı nəhayət ki, Prezidentimiz İlham Əliyevə rəsmi məktubla müraciət etsin. Bu, tam şəkildə onların səlahiyyətinə daxildir. Vəzifə borcları bir yana, həm də dostlarının və qələm dostlarının ruhu qarşısında mənəvi borclarıdır".

Modern.az saytı Mahir Qabiloğlunun dediklərinə Azərbaycan Yazıçılar Birliyindən münasibət öyrənməyə çalışıb.

Birliyin mətbuat katibi Xəyal Rza olayla bağlı bunları deyib:

“Təbii ki, gəminin Azərbaycanın Xalq şairi Qabilin adına olması çox düşünülmüş təşəbbüs idi. Şair Qabilin adını daşıyan gəminin adının dəyişdirilməsi Azərbaycan Yazıçılar Birliyinin də təəccübünə səbəb olub. Yaxşı olardı ki, ad dəyişdirilsə də, mahiyyət qorunub saxlanılardı”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar