Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik: Bu il 50-dən çox azərbaycanlı dünyanın aparıcı universitetlərini bitirib

Bu il ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinə müraciət edən məzunlar sırasında dünyanın ən nüfuzlu ali məktəblərini bitirən Azərbaycan vətəndaşları da var.

“Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, cari ildə Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Kembric Universiteti, Oksford Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Şərq Texniki Universiteti, Bilkent Universiteti və dünyanın digər aparıcı ali təhsil müəssisələri tərəfindən verilən diplomların nostrifikasiyası üzrə Təhsil Nazirliyinə 50-dən çox müraciət daxil olub.

Qeyd olunub ki, həmin müraciətlərin böyük əksəriyyəti müsbət cavablandırılıb, digər hissəsinin icraatı isə hələ davam edir: “Nəzərə alınmalıdır ki, hazırda həmin ali məktəblərdən məzun olmuş vətəndaşların müəyyən hissəsi xaricdə təhsillərini növbəti pillədə davam etdirir, təcrübə qazanır. Həmin şəxslər diplomlarının nostrifikasiyası üçün Təhsil Nazirliyinə hələ müraciət etməyiblər”.

Nazirlikdən həmçinin bildirilib ki, bu il nostrifikasiya üzrə daxil olmuş müraciətlər arasında xarici ölkələrin dövlət universitetlərindən məzun olanlar özəl universitetlərlə müqayisədə sayca üstünlük təşkil edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar