Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ordunun qara statistikası: 114 günə 28 ölü, 35 yaralı...


2014-cü ilin yanvarından aprelin 14-dək Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 28 nəfər təşkil edib.


Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (JHAM) məlumat yayıb. Mərkəzin direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 35 nəfər yaralanıb və ya xəsarət alıb. Həmin dövrdə vəfat edənlərdən 6-ı döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 19-u isə qeyri-döyüş itkiləridir.
3 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 9 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 25-i Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır.

XƏSARƏT ALANLARDAN CƏMİ 4-Ü ERMƏNİ GÜLLƏSİNDƏN YARALANIB

Yaralılara və xəsarət alanlara gəlincə (35 nəfər), onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 3-ü intihara cəhddən, 4-ü erməni gülləsindən, 8 nəfər mina partlayışından,  6-ı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib.

32 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Müvafiq dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda iki  Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər ikisi qaytarılıb). Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.

ƏSGƏR ÖLÜMLƏRİNİN SAYI NECƏ AZALDILMALIDIR?

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin qənaətinə görə, Silahlı Qüvvələrdə kompleks tədbirlər görülmədən qeyri-döyüş itkilərini dayandırmaq mümkün olmayacaq. Cəsur Sumərinlinin fikrincə, əsgər ölümlərinin qarşısını almaq üçün bir neçə ciddi tədbirlər görülməlidir.

Hər şeydən öncə, əsgər ölümlərinin dəqiq statistikası, ölən və yaralıların adları, səbəblər dəqiq olaraq cəmiyyətə açıqlanmalıdır. Cəsur Sümərinlinin sözlərinə görə, bugünkü cəzasızlıq mühiti orduda daha çox itkilərin ortaya çıxmasına səbəb olur.



Bundan başqa, hərbi hissələrdə insan hüquqularının müdafiəsi, qanunların aliliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir, hərbi qulluqçulara hüquqları barədə silsilə təlimlər keçirilməlidir. Əsgərlərə üzləşdikləri zorakılıqlarla bağlı dərhal ali-hərbi rəhbərliyə məlumat verməsi imkanları yaradılmalıdır. Zabitlərin insan hüquqları, xüsusilə də tabeçiliyində olanlarla münasibətlərinin təkmilləşdirilməsi istiqamətində xüsusi treyninqlərə cəlb edilməsi vacibdir.

Cəsur Sümərinli həm də, hərbi hissələrdə əsgərlərin mənəvi-psixoloji durumunun araşdırılmasına məsul şəxslərin peşəkarlığının artırılmasını, tərbiyəvi işlər üzrə zabitlərin bu istiqamətdə daim nəzarətdə saxlanmasını, onların bilik və bacarıqlarının¸o cümlədən onların həm də psixoloq kimi inkişaf etdirilməsi istiqamətində silsilə addımlar atılmasını vacib hesab edir.
Ekspertə görə, hərbi kadrların hazırlanması üzrə xüsusi dövlət strategiyası qəbul edilməlidir. Bundan başqa, zabitlərin məvacibləri, onlara mənzil kirayəsi üçün verilən pulun (hazırda 49 manat) həcmi bir neçə dəfə artırılmalıdır.
Cəsur Sümərinli Azərbaycanda Silahlı Qüvvələrin müqaviləli əsasa keçidini nəzərdə tutan dövlət sənədi hazırlanmasını da təklif edir.
“Düşünürük ki, bu kimi tədbirlərin həyata keçirilməsi bir müddətdən sonra Azərbaycan Silahlı Qüvvələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq və bu zaman qeyri-döyüş itkilərinin sayı azalacaq. Əks halda itkilərin sayı daha da artacaq”  - deyə C.Sümərinli bildirir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar