Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Washington Post”: "Ukraynada hərbi vəziyyət Poroşenkoya sərf edir"

Qərb mediası bazar günü Rusiya və Ukrayna arasında baş qaldırmış yeni gərginlik ocağından söz açır

Tərəflər bir-birini provokasiyada suçlayır, Moskva Qara Dənizdə Ukrayna üçün həyat əhəmiyyətli yolu bağlayınca Ukrayna lideri Petro Poroşenkonun cavabında hərbi vəziyyət tətbiq etmək istədiyini açıqlayıb.

Ölkədə 60 gün ərzində hərbi vəziyyətin elan olunması bu gün parlament səsverməsinə çıxarılacaq. “The “Washington Post” yazır ki, hərbi vəziyyət hakimiyyətə və orduya təhlükəsizliyin təminatından ötrü əlavə səlahiyyətlət verir. Yəni, reytinqi aşağı olan, martda namizədliyini yenidən vermək istəyən Poroşenko indi daha müstəqil hərəkət edə bilər.

Qəzet Kiyevdə döyüşkən əhval-ruhiyyənin hökm sürdüyünü vurğulayır. “Rusiyanın quruda və dənizdə təcavüz hərəkətləri planlaşdırması mümkündür. Buna hazır olmalıyıq”, – Xarici işlər naziri Pavlo Klimkin Twitter-də qeyd edib.

Rusiya Ukrayna donanmasının qanunsuz olaraq onun ərazi sularına girdiyini bildirir. Ukrayna isə iddia edir ki, Rusiya aqressiv davranıb, Ukrayna donanmasına qarşı qanunsuz olaraq gücdən istifadə edib.

Qəzet Rusiya və Ukrayna arasında qarşıdurma riskinin artdığını, çox şeyin riskə atıldığını qeyd edir. 2014-cü ildən Ukraynanın şərqində münaqişə başlanandan 10 min 300-dən çox adam həlak olub.

Rusiyanın populyar televiziya aparıcısı Dmitri Kiselyov dövlət televiziyasında deyib ki, Poroşenko Birləşmiş Ştatların təhriki ilə Rusiya ilə münaqişəni yenidən başlatmaq istəyir.

“İndi Kerç körpüsündə baş verənlər xoşagəlməz hekayətə çevrilə bilər”, – Kremlin əsas təbliğatçılarından olan Kiselyov deyib.

“The New York Times” qəzetində Andrev E. Kramer isə yazır ki, son baş verənlər Ukraynanın kövrək daxili siyasətinə təhlükə yaradır.

Belə ki, Prezident Petro O. Poroshenko-nun ölkədə hərbi vəziyyət elan etmək istəyinin arxasında marta planlaşdırılan, udmaq şansı az olan prezident seçkisini yubatmaq niyyəti dura bilər.

​“Fakt budur ki, hərbi vəziyyət zamanı prezident, parlament, yerli seçki, eləcə də tətil, etiraz, yürüş, kütləvi aksiya keçirmək qadağandır”, – parlamentin üzvü Mustafa Nayyem “Facebook”-da yazıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti bəyanatında Ukrayna gəmilərini provokasiyada suçlayıb. “Onların məqsədi aydındır, regionda münaqişə vəziyyəti yaratmaq istəyirlər”, – FSB bildirib. Rusiya tərəf Ukrayna gəmilərinin Kerç Boğazının müvəqqəti bağlanması elanlarını gözardı etdiyini deyir. Ukrayna rəsmilərinin sözlərinə görə, ta ilin əvvəlindən Rusiyanın niyyəti boğazı bağlamaq olub.

Parlamentin spikeri Irina Qeraşçenko “Facebook”-da yazıb ki, BMT-nin Təhlükəsizlik Şurasından Kerç Boğazındakı durumla bağlı toplanmağı xahiş ediblər. “Rusiya Federasiyası Ukraynaya birbaşa təcavüz edib. Dəniz məkanımız hücuma məruz qalıb”, – o deyib.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar