Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Meydan hərəkatı”: Zərdüşt Əlizadənin yazdıqlarında həqiqət payı var?

Meydan hərəkatının ilk təşkilatçısı: “Axı Zərdüşt Əlizadənin o mitinqdən xəbəri olmayıb. Küncə sıxılıb dayanmaqla deyil...”

“O vaxtlar Zərdüşt Əlizadə evdə yatanda biz küçələrdə, yollarda Azərbaycan xalqını görürdük. Xalqı o halda görüb rahat yatmaq olardımı?”.

Bu sözləri Meydan hərəkatının ilk aparıcısı və təşkilatçılarından Ənvər Əliyev Zərdüşt Əlizadənin “Meydan Hərəkatının sonu (2-ci yazı)” məqaləsini PİA.az-a şərh edərkən qeyd edib.

Bir neçə gün əvvəl “meydan.tv”də Zərdüşt Əlizadə “Meydan Hərəkatının sonu (2-ci yazı)” məqaləsi ilə çıxış edib. Məqalədə açıq-aşkar şəkildə Azərbaycana qarşı qarayaxmalar mövcuddur və bu ermənilərə Azərbaycana qarşı yeni qarayaxma kampaniyası aparmaq üçün əlavə “sübutlar” verir. Qəribədir ki, Zərdüşt Əlizadə hadislərin şahidi kimi ya ölmüş adamları, ya da Leyla Yunusu misal gətirir. Ya da bilinməyən mənbələrə istinadən elə səhnələr təsvir eilir ki, bu səhələri ancaq kinolarda rast olmaq mümükündür. Xüsusilə məqalədə Sumqayıt hadisəri elə təsvir olunur ki, bunun bir azərbaycanlı siyasətçi tərəfindən yazıldığına inanmaq olmur.

Məqaləni buradan oxuya bilərsiniz.

Zərdüşt Əlizadənin yazdıqlarında həqiqət payının nə qədər olduğunu öyrənmək üçün PİA.az-ın əməkdaşı Meydan hərəkatının ilk aparıcısı və təşkilatçılarından olan Ənvər Əliyevə müraciət edib.

Ənvər Əliyev: “Mitinqdə də dedilər ki, əgər Ənvər Əliyev istefa qışqırmırsa, demək bu hökumətin adamıdır”.

Meydan hərəkatı ilə bağlı bir çox məqamlardan danışan Ənvər Əliyev PİA.az-a açıqlamasında vurğulayıb ki, Zərdüşt Əlizadənin xalqımızı səfeh, küt adlandırmağına təəssüf edir. Zərdüşt Əlizadədən soruşmaq lazımdır ki, o vaxta qədər xalq mitinq görmüşdü? SSRİ ərazisində birinci dəfə idi ki, belə iş olurdu. Tarixin ən mükəmməl səhvəsində xalqı ittiham etmək düzgün deyil:

“Zərdüşt Əlizadə yazıb ki, ermənilər Şuşada alüminium zavodu tikməkdə düz iş görüblər və bu zavodun tikilməsinə bizim mane olmağımız qətiyyən düz deyil. Əgər Zərdüşt Əlizadə mitinqdə olmuşdusa, mitinqin mahiyyətindən danışaydı. Çünki mitinq Azərbaycanın siyasi, iqtisadi və inzibati hüququ statusun Dağlıq Qarabağda bərpa etmək üçün təşkil olunmuşdu.

Mitinqdən bir il əvvəl Aqenberkyanın çıxışı olmuşdu ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən Ermənistana aiddir. Biz də bir ildən sonra ona cavab yazdıq ki, bizim ermənilərə torpaq vermək fikrimiz yoxdur. O mitinq göstərdi ki, Azərbaycan xalqının iradəsi ilə ehtiyatlı olmaq lazımdır.

Həmin ərazilərdə də Zərdüşt Əlizadənin dediyi kimi ot qırmayıblar. Orada əməli-başlı iş gedib. Bütün məktubların, yazışmaların hamısının məndə surəti var.

Ermənistan SSRİ-nin alüminium zavodunun əmək kollektivi Köçəryana guya məktub yazıblar ki, biz Əskəran rayonu ərazisindən istehsal gücü 2 milyon manatlıq alüminium məhsulları üçün torpaq sahəsi ayrılmasın istəyirik. Mən indi Zərdüşt Əlizadəyə sual verirəm ki, sənin insafın haradadır ki, erməni ən unikal ərazimizdə 2 milyon manatlıq alüminium, qab-qacaq istehsal edir biz də ağzımızı günə tutub dayanmışıq.

Həmçinin Köçəryan həmin alüminium zavodunun sahəsinin genişlənməsi üçün yazıb ki, Şuşanın Şiş kəndinin “ Xaçın tap” ərazisində 100 hektarlıq sahə ayrılsın. Şuşada əhaliyə 10 hektar torpaq vermirdilər, amma erməni 100 hektar torpağı əlimizdən alırdı. Ermənistanın alüminium zavodunun nə işi vardı Azərbaycan torpağında?

SSRİ-də belə hal varıymıdı ki, hansısa respublika başqa respublikanın ərazisində zavod sahəsi ayıra? Onlarla respublika var idi. Onlar niyə belə iş etmirdilər?

Ənvər Əliyev: “Bizim mitinqin 3-4 tələbi var idi. Bu tələblər də hər 2 saatdan bir orada oxunurdu”.

Dadaş Həsənovun o məktuba cavabı da var. Cavabda deyilir ki, məlumat üçün bildirirəm ki, 8.230 saylı bu qərar Azərbaycan SSRİ Nazirlər Sovetinin 24 noyabr, yəni mitinqlərin 7-ci günü, 416 saylı qərarı ilə ləğv edilmişdi. Respublikada fövqəladə vəziyyət elan olunana qədər erməni orada tüğyan edirdi və Azərbaycan hökuməti orada yox idi. Kamran Bağırov getmişdi və onu qovmuşdular. Bayrağımızı cırıb atmışdılar.

Ərazi, əhali cəhətdən Azərbaycandan qat-qat az, iqtisadi cəhətdən zəif olan Errmənistan SSR ərazimizdə meydan sulayırdı. O vaxtlar Zərdüşt bəy yatanda biz küçələrdə, yollarda Azərbaycan xalqını görürdük. Xalqı o halda görüb rahat yatmaq olardımı?

Tutaq ki, heç o mitinq olmayıb. Bəs gələcək nəsil bizdən soruşmayacaqdı ki, 8 milyon xalq olaraq nə etmişdiniz? Torpaqlarımızı işğal etmək istəyənlərə çıxıb bir kəlmə də söz deyə bilməmisiniz. Biz bayram keçirmirdik, dayanmırdıq, gecə-gündüz məktub başımızdan tökülürdü. Döyülüb, söyülən vətəndaşlarımız gəlirdi. Belə halda konstitusiyada düzəliş etməliydik? Adamdan soruşarlar ki, o vaxtı konstitusiyada düzəliş edən var idi. Hansı konstitusiyanın zamanı idi. Zərdüşt Əlizadə bir kağız yapışdırmışdı ona da baxan yox idi.

Bizim mitinqin 3-4 tələbi var idi. Bu tələblər də hər 2 saatdan bir orada oxunurdu. Mitinqin 2-ci günündən sonra oraya 8 yüz minə qədər əhali yığılmışdı. Bu da Azərbaycan əhalisinin 10 faizi idi. Bunu istintaq qrupu santımetrinə qədər ölçüb hesablamışdı. Bizim əsas fikrimiz o idi ki, Dağlıq Qarabağın partiya sovet orqanları Azərbaycan xalqına xəyanət etdikləri üçün ləğv olunsun. Vilayətdə Azərbaycan SSRİ-nin hüququ, siyasi və iqtisadi hakimiyyəti bərpa olunsun.

Ağdamda komendant saatı idi, amma Ctepanakertdə ermənilər orada kef edirdilər. Biz niyə durub baxmalı idik? Həmçinin mitinqlərdə biz dünyaya sübut etməliydik ki, bizim gördüyümüz iş dünyanın ən hümanist işidir. Dünya başa düşməli idi ki, ermənilər, yoxsa azərbaycanlılar düzdür. Biz blokadadaydıq və mitinq olmasaydı dünya biznən maraqlanmırdı. O vaxt ermənilərin indikindən də qat-qat güclü təbliğat maşını işləyirdi.

Ənvər Əliyev: “Mitinqlərə ayrı-ayrı adamlar 50-80 min göndəriblər və bu pullar Nemətdə olub. Nemətin də bir neçə ev almağı, bizneslə məşğul olmağı sonradan məlum oldu”.

Mən çox təəssüf edirəm ki, Meydan Hərəkatının mahiyyəti haqqında xəbəri olmayan adamlar çox yazı yazırlar. Ayın 17-də də Pənah Hüseyn bu haqda yazmışdı. Bunların biri Şərqşünaslığın, biri də tarixin işçisidir. Onlar şifahi xalq ədəbiyyatın yaxşı bilirlər. Ona görə də şifahi xalq ədəbiyyatının nümunələrindən istifadə edib belə söz danışırlar. Mən isə tədqiqatçıyam. Bütün izah etdiyim məsələnin mahiyyətin, analizin aparandan sonra söz deyirəm. Axı Zərdüşt Əlizadənin o mitinqdən xəbəri olmayıb. Küncə sıxılıb dayanmaqla deyil.

Onu da qeyd edim ki, həmin məqalədə Zərdüşt bəy bəzi məsələləri düz deyib. Şəxsən mənim özümə ən böyük təzyiq ona görə gəldi ki, mən orada istefa qışqırmamışam və heç vaxt da qışqırmazdım. Əgər mən Azərbaycan xalqını birliyə çağırmışamsa, durub istefa çığırıb, dövlətlə vuruşmalıyam? SSRİ adlı bir dövləti mən istefa deməklə yıxa bilərdim?

Mitinqdə də dedilər ki, əgər Ənvər Əliyev istefa qışqırmırsa, demək bu hökumətin adamıdır. Hansı ki, o dövrdə xalq, hökumət məsələsi birmənalı həll olunmalı idi və birləşməliydik. Çünki vətən gedirdi, amma bu situasiyanı çoxları başa düşmürdülər. Onlar bilmirdilər ki, orada nələr baş verir. Kənardan baxanda həmin mitinq onlara adı gəlirdi.

Hətta Araz Əlizadə məni hədələmişdi ki, sən bu mitinqə icazə almamısan. Mən ona dedim kimdən icazə almalıydım? Araz bəy dedi ki, sənin bu icazəsiz mitinqinə görə Fuad Ənvəroviç (o vaxt Bakı Şəhər KP-nin birinci katibi vəzivəsini icra edən Fuad Musayevi?! red.) xəstəxana düşüb. Birinci katib xəstəxana düşübsə, ona mən nə etməliydim? Mitinq etməyəcəkdim?

Arazla mən mübahisə etdim və başa düşdüm ki, burada hansı vəziyyət hökum sürür. Sonra isə Araz Əlizadə meydanda çıxış etdi ki, bu mitinq Azərbaycan xalqının hünəridir və s. Yəni deməyim odur ki, meydanda bir cür, tində bir cür və yaxud da istintaq qrupunun qarşısında bir cür sonra başqa cür danışmaq təəssüf doğurur.

Bizim görmək istədiyimiz işi pozmaq istəyən qüvvələr var idi. Onlar da cavabın alırdı. Mən yaralanmasaydım heç vaxt mitinqdən əl çəkməyəcəkdim. Mitinqi Sabir Rüstəmxanlıya tapşırıb mülaicə olunmağa getmişəm. Mən çox fəxr edirəm ki, dinc dövrdə Azərbaycan xalqı ermənilərdən qat-qat üstün idi. Sonrakı dövrü isə deyə bilmərəm.

Həmin mitinqdə Nemətin günahların bütün mitinqə yaymaq olmaz. Çünki Nemət 2 gün oranı dağıtmaq istədi, amma sonradan Nemət öz əli ilə yazıb ki: “1988-ci il iyun-oktyabr aylarında mən və Xalq Hərəkatının liderləri respublika rəhbərliyi ilə görüşməli olduq. Respublika rəhbərliyi bizdən xahiş etdi ki, biz hazırkı vaxtda kütləvi mitinqlərin keçirilməsinin məqsədəuyğun olmadığını xalqa başa salaq.

Respublika rəhbərliyi bizə söz vermişdi ki, biz liderlərlə müəsissiə və təşkilatlarda keçirdiyimiz iclaslarda respublikada həlli vacib məsələlərin müzakirəsi üçün hər cürə imkanlar yaradacaqlar. Biz bunları xalqa çatdırıb onları qanunsuz mitinqlərdən çəkindirməli idik”. Nemətin bu sözləri İstintaq materaillarının 3-cü cildində, səhvə 89-103-dədir.

Ənvər Əliyev: “İki gün gecə-gündüz Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə və başqaları mitinqləri dağıtmaq haqqında çıxışlar ediblər”.

Həmçinin fevral ayında da onları çağırıb mitinqləri dayandırmaqların deyiblər. İki gün gecə-gündüz Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə və başqaları mitinqləri dağıtmaq haqqında çıxışlar ediblər. Amma hamı sual verirdi ki, onların mitinqləri dağıtmaq çağrışına qarşı Ənvər Əliyev dağılmayacağıq deyirdi hamı niyə sizin sözünüzə qulaq asırdı? Mən də cavab verirdim ki, ö mitinq mənim təşkilatçılıq qabliyyətimin, düşüncəmin məhsulu idi. Camaat da mənim arxamca gəlmişdi. Onlar gəlib hazır mitinqə sahib olublar. Biz iş görmüşüksə, o zaman tarix bizi cəzalandırsın.

O ki, qaldı Zərdüşt bəyin dediyi Ermənistandan qovulanlar haqqında deyə bilərəm ki, mitinqlər vaxtı söhbət oldu ki, Ermənistandan qovulanlar Dağlıq Qarabağada yerləşdirilsin. Ya da Ermənistanda Azərbaycanlılar yaşayan ərazilərə muxtar vilayət statusu verilsin. Bu fikri Bəxtiyar müəllim, Xəlil Rza və mən irəli sürmüşdük. Bu fikiri də mən 200 madədən ibarət yazmışam. Onu da qeyd edim ki, biz o vaxt Bakının 134 min əhalisinin hamısına bilet alıb yola salmışıq.

Bu məqalədə Zərdüşt bəyin xalqımızı səfeh, küt adlandırmağına təəssüf edirəm. Zərdüşt bəydən soruşmaq lazımdır ki, o vaxta qədər xalq mitinq görmüşdü? SSRİ ərazisində birinci dəfə idi ki, belə iş olurdu. Tarixin ən mükəmməl səhvəsində xalqı ittiham etmək düzgün deyil. Zərdüşt bəy ziyalı ailədə böyümüşdü, amma camaatın problemləri başından aşırdı.

Qeyd edim ki, oradakı iqtintaq qrupuna bir adam deməmişdi ki, mitinqin təşkilatçısı biz olmuşuq. Onların hamısı demişdilər ki, mitinqin təşkilatçısı Ənvər olub. İstintaq qrupu da mənim cəzamı vermişdi.

Mənim bu dediklərim sadəcə o dövrə ötəri bir baxışdır. 19 gün davam edən davam mitinqdən sonra 1989-cu ildə Azərbaycan xalqını ilin xalqı elan edildi. Biz Azərbaycan xalqı olaraq dünyaya sübut etdik ki, bizim torpaqlarımızla zarafat etmək olmaz.

Ənvər Əliyev: “Biz istəyirdik ki, ölkəni informasiya blokadasından çıxaraq. Biz elə bilirdik ki, bu mitinqi etməklə hər iş düzələcək?”.

Mən təəssüf edirəm ki, Meydan hərəkatına çox amansız münasibətlər var. Amma o adamlara demək istəyirəm ki, 37-ci ildə üzə duranların, başqalarını ittiham edənlərin nəvələri indi necə əziyyət çəkirlərsə, zaman gələcək Meydan hərəkatını ittiham edənlərin nəvələri də həmin əziyyətləri çəkəcəklər. Çünki yüz minlərlə insanın düşüncəsini, fədəkarlığıni unutmaq olmaz. Bununla zarafat etmək olmaz və ləkə atmaq olmaz. Bu ən azı insanlığa yaraşmayan hərəkətdir.

Bizim dövrümüzdə pul yığmaq qadağan idi. Amma mən yaralanıb gedəndən sonra Nemətgilin 2 milyon pulu yığması söhbəti getdi. O pulların bir hissəsi Mehdiabada, bir hissəsi Bərdəyə, böyük bir hissəsi də salafan torbalarda 28 May metrouna qədər gəlib. Amma oradan hara aparıblar, kim aparıb bu bilinmir. Kimlərin nə qədər pul göndərdiyi mənim əlimdə siyahıda var. Həmçinin mitinqlərə ayrı-ayrı adamlar 50-80 min göndəriblər və bu pullar Nemətdə olub. Nemətin də bir neçə ev almağı, bizneslə məşğul olmağı sonradan məlum oldu.

Əgər bir qadın boyunbağın, bir qadın üzüyün veribsə, bu onların vətəndaşlıq hissidir. Bu cür pulları oğurlayan insanlardan nə gözləmək olar ki? O vaxt biz heç nədən qorxmurduq. Çünki biz gözləmirdik ki, bizi deputat edəcəklər, ya da bizə vəzifə verəcəklər.

İstintaq qrupunda üzə duran insanların hamısı indi vəzifədədirlər. Məni soruşanda deyirəm ki, mən o insanlarla vuruşmuşam. Biz istəyirdik ki, ölkəni informasiya blokadasından çıxaraq. Biz elə bilirdik ki, bu mitinqi etməklə hər iş düzələcək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar