Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Builki 1-ci siniflər üçün kiçik summativlər keçirilməlidir?

Məktəbdaxili qiymətləndirmənin yeni qaydaları təsdiqlənmədiyindən, 1-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmələr (KSQ) keçirilməlidir

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmənin yeni qaydaları artıq Təhsil Nazirliyinin kollegiyası tərəfindən təsdiqlənib. Hazırda sənəd Ədliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir.

E.Əmrullayev bildirib ki, bu sənəddə kiçik summativ qiymətləndirmələrlə bağlı dəyişikliklərin edilməsi təkcə 1-ci siniflər üçün nəzərdə tutulur: “1-ci siniflərdə kiçik summativlərin ləğvi nəzərdə tutulur. Bu sənəd əsasən müəyyən fənlər üzrə böyük summativ qiymətləndirmələrin (BSQ) sayının azaldılmasını nəzərdə tutur. Böyük summativlər isə tədris ilinin yarımilinin sonunda keçirilir. Gözləyirik ki, sənəd yaxın vaxtlarda təsdiq olunacaq. Yalnız bundan sonra sənəd hüquqi normativ status alacaq və təhsil ictimaiyyəti bununla bağlı məlumatlandırılacaq. Yeniliklə bağlı bir müddət əvvəl ictimaiyyəti məlumatlandırmışıq və müsbət reaksiya olub”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Kərim döyüləndən sonra ilk dəfə paylaşım etdi

Ən çox oxunanalar