Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan deputatı Gürcüstandakı seçkiləri izləyib

"GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü kimi Gürcüstanda keçirilən prezident seçkilərində səsvermənin gedişini izlədim"

"Mən olduğum məntəqələrdə heç bir ciddi qanun pozuntusuna rast gəlmədim".

Bu sözləri Azərtac-a müsahibəsində Mili Məclisin deputatı, GUAM PA-nın Gürcüstandakı müşahidə missiyasının üzvü Əli Məsimli söyləyib.

Əsasən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, eyni zamanda paytaxt Tbilisinin yaxınlığındakı məntəqələrdə müşahidə aparan Ə.Məsimli deyib: “Gürcüstanda prezident seçkiləri azad, demokratik və aşkarlıq şəraitində keçirilib. Seçicilər sərbəst şəkildə öz seçimlərini edirdilər. Bəzi məntəqələrdə seçicilərin növbədə dayandıqlarının şahidi oldum. Bu, Gürcüstanda insanların seçici fəallığının göstəricisi idi”.

Mili Məclisin deputatı seçkilərin nəticələrinin Gürcüstanda demokratiya və dövlətçiliyin möhkəmlənməsinə doğru atılmış daha bir addım olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dövləti və xalqı dost, qonşu ölkə kimi Gürcüstanda əmin-amanlığın, qanun və hüququn aliliyinin qorunmasının tərəfdarıdır.

Əli Məsimli seçkilərdəki müşahidələri ilə bağlı fikirlərinin GUAM PA-nın hesabatında da əksini tapdığını vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərinin gedişini Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri, eləcə də Milli Məclisin deputatları - Əli Məsimli GUAM PA-nın müşahidə missiyasının tərkibində, Musa Quliyev isə QDİƏT PM-in müşahidə missiyasının tərkibində izləyiblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay