Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov: “Ola bilər ki, Rusiyanı sıxışdırıb neft bazarından çıxara bilsinlər”

Millət vəkili: “Qiymət artımı uzun müddət davam edə bilməz. Çünki ABŞ admistrasiyası çalışır ki, neftin qiyməti aşağı düşsün”

“Neftin bahalaşması Azərbaycan üçün əhəmiyyətlidir. Çünki bizim dövlət büdcəsinin 60 faizi neftdən formalaşır”.

Dünya bazarında neft yenidən durmadan bahalaşmaqdadır. Avqustun ortalarından başlayaraq, “qara qızıl”ın qiyməti qalxır və 2014-cü ildə tərk etdiyi maksimumlara qayıdır. Artıq “Brent” markalı neftin bir barreli 15 dollar, yəni 20 faiz bahalaşaraq, vacib olan psixoloji 90 dollar həddinə yaxınlaşıb.

Qeyd edək ki, indiki bahalaşma həm kəskinliyinə, həm də xarakterinə görə 4 il əvvəlki enişi çox xatırladır. O vaxt da qiymətin hərəkətinə təsis göstərən əsas amil siyasi şərait, İran ətrafındakı oyunlar və spekulyantlar idilər, indi də elədir. Bir fərqlə: O vaxt İran sanksiyalardan azad olur və hasilatı artırırdı, indi isə əksinədir. Noyabrın əvvəllərində ABŞ-ın İrana qarşı yeni sanksiyalarının qüvvəyə minəcəyi gözlənilir. Bundan sonra İranın neft ixracı imkanları xeyli azalacaq.

Bir məqam da var ki, bütün sahələrdə olduğu kimi neft bazarında da gərginliyi artıran Donald Trampın ikibaşlı hərəkətləri və bəyanatlarıdır. Belə ki, o, bir tərəfdən İrana sanksiyalar tətbiq etməklə, özü neftin qiymətinin bahalaşmasına səbəb olur, digər tərəfdən isə yüksək qiymərlərə görə OPEK-i tənqid edir və OPEK-dən tələb edir ki, hasilatı artırmaqla qiymətləri aşağı salsın. Ekspertlərin filkrincə əgər vəziyyət belə davam edərsə, yəni İranın ətrafında siyasi səbitləşmə əldə olunmazsa və Venesuela hasilatı artırmazsa, ilin axırına qədər neftin qiymətlərinin 100 dollardan yuxarı qalxacaq.

Neftlə bağlı dünyada baş verən prosesləri və bu prosseslərin Azərbaycana təsirləri ilə bağlı millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov PİA.az-ın əməkdaşının suallarını cavablandırıb.

Vahid Əhmədov: “Qeyri-neft sektoruna daha çox sərmayə qoymaq lazımdır ki, sabah neftin qiymətində hansısa problem olsa, dövlət büdcəmizdə və başqa məsələlərdə problem yaranmasın”.

PİA.az Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun gündəm mövzu ilə bağlı müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Vahid müəllim, Donald Tramp administrasiyasının İran neftinin ixracını qadağan edilməsinə yönələn sanksiyaları dünya bazarında neftə olan tələbat və təklif arasında balansın pozulmasına təhlükə yaradıb və artıq neftin barelinin 85 dollardan baha satışı üzrə füçers sövdələşmələr dalğasına səbəb olub. Hazırkı durumda neft bazarında gözləntilər nədən ibarətdir?

- Həm Rusiya, həm də İrana qarşı olan sanksiyalar hələ noyabrın 1-dən qüvvəyə minəcək. Amma dünya bazarı neftlə əlaqədar buna öz reaksiyasın verib və neftin qiyməti kəskin şəkildə qalxmağa davam edir. Hətta ola bilər ki, neftin qiyməti 100 dollara qədər gəlib çatsın. Amma bu çox uzun ömürlü olmayacaq. Çünki ABŞ öz neftini dünya bazarına çıxardır və hasilatı artırır. Ötən ay ABŞ uzun müddətdən sonra hasilat üzrə birinci yerə çıxdı. Həmçinin Venesuellada da vəziyyət bir qədər gərgindir. İqtisadi böhran məngənəsində sıxılan Venesuela daha çox dollaq qazanmaq üçün hasilatı artırmağa can atır. Lakin OPEK-də hazırda mövcud olan kvota buna mane olur.

Bunlar da neftin qiymətinə təsir göstərir. Buna baxmayaraq bu vəziyyət uzun müddət çəkə bilməz. Çünki ABŞ admistrasiyası çalışır ki, neftin qiyməti aşağı düşsün. Bu barədə Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır. İstənilən vaxt neftin qiymətində müəyyən qədər enmələr baş verə bilər və biz buna hazır olmalıyıq. Amma hələlik bu il üçün hesab edirəm ki, neftin qiyməti 85-90-100 dollar səviyyəsinə qədər gəlib çıxa bilər.

Vahid Əhmədov: “Neftin bu qiyməti Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir”.

- Azərbaycan nefti 150 manatdan yuxarı qiymətə satılmaqdadır. Azərbaycanın hazırda neftdən əldə etdiyi gəlirlər barədə nə deyə bilərsiniz? Hazırda büdcəyə 2013-2014-cü illərdə olduğu qədər pul daxil olmaqdadırmı?

- Gəlirlərimiz çoxdur. Çünki biz dövlət büdcəsini təsdiq edəndə neftdən gələn gəlirləri 45 dollar götürmüşdük. Hazırda isə bildiyimiz kimi neftin qiyməti 85 dollardır. Neftin bu qiyməti Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, neft ixrac edən ölkə olduğu kimi, neft idxal edən ölkələr də var. Həmin ölkələr, hansılar ki, neft idxal edirlər, o ölkələrdə məhsulun maya dəyəri yüksəlir. Neftdən olan məhsullardan istifadə edirlər və burada da müəyyən bahalaşmalar baş verə bilər. Yəni buna görə idxalda müəyyən problemlər yarana bilər. Azərbaycan üçün olmasa da, digər dövlətlər hansılar ki, öz məhsullarını istehsal etmək üçün neftdən istifadə edirlər onların maya dəyərində bahalaşma baş verə bilər.

Mən yenə qeyd edim ki, neftin bahalaşması Azərbaycan üçün əhəmiyyətlidir. Çünki bizim dövlət büdcəsinin 60 faizi neftdən formalaşır. Düzdür qeyri-neft sektoru inkişaf edir və müəyyən müsbət addımlar atılır. Amma hələlik, bu atılan addımlar kifayət etmir.

Vahid Əhmədov: “İstənilən vaxt neftin qiymətində müəyyən qədər enmələr baş verə bilər və biz buna hazır olmalıyıq”.

- Bəzi ekspertlər hesab edirlər ki, neftin qiyməti qalxdıqdan sonra Azərbaycan höküməti yenidən 2014-cü illərdə olduğu kimi davranır və neftin qiymətinin yenidən aşağı düşməsindən sonra iqtisadiyyatın kollapsı ilə nəticələnəcək. Siz bu fikirləri paylaşırsınız?

- Belə halı mən gözləmirəm. Çünki bayaq qeyd etdiyim kimi qeyri-neft sektoru ilə əlaqədar müəyyən addımlar atılır. Kənd təsərrüfatı, sənayə, turizm sahələri inkişaf etdirilir.

Onu da qeyd edim ki, o ekspertlərin dediyində də müəyyən həqiqət var ki, biz hələlik neftdən asılı dövlətik. Buna görə də qeyri-neft sektorunun inkişafına diqqəti artırmaq lazımdır. Bu sahəyə daha çox sərmayə qoymaq lazımdır ki, sabah neftin qiymətində hansısa problem olsa, dövlət büdcəmizdə və başqa məsələlərdə problem yaranmasın.

Səudiyyə Ərəbistanının vəlihəd şahzadəsi bildirib ki, Rusiya 19 ildən sonra neft bazarını tərk edəcək. Sizin fikrinizcə bu proqnoz nə qədər ciddir?

Belə bir proqnoz ola bilər. Çünki müəyyən dövlətlərdə neftin ümumiyyətlə hasilatı azalmaq üzrə gedir. İndiki dövrdə də neft bazarında çox ciddi vuruşmalar gedir. Dünyada gedən müharibələrin hamısı birbaşa neftlə bağlıdır. Buna görə də ola bilər ki, Rusiyanı sıxışdırıb neft bazarından çıxara bilsinlər.

Həmçinin dünyada müəyyən siyasi proseslər də gedir. Neft özü də siyasi məsələ olduğu üçün siyasətçilər burada işləyir.

Nərminə UMUDLU

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar