Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan itkin düşən jurnalistə görə sübut tələb etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda itkin düşən səudiyyəli jurnalist Camal Kaşıkçı ilə bağlı açıqlama verib

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan Səudiyyə Ərəbistanı rəhbərliyinə müraciət edərək jurnalistin konsulluğu tərk etdiyini sübuta yetirməyə çağırıb.

"Bu hadisəni özbaşına buraxa bilmərik. Sübut etməli olan tərəf Səudiyyə Ərəbistandır. Baş Konsulluq nümayəndələri "buradan çıxdı" deməklə xilas ola bilməzlər. Konsulluq bunu sübut etməlidir".

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşıkçı sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gəlib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan etibarən neçə gündür Camalın yoxa çıxdığını deyib. Onun konsulluqda qətlə yetirilməsi barədə müxtəlif məlumatlar yayılıb.

Məsələ ilə əlaqədar Türkiyə XİN-ə çağırılan Səudiyyə səfiri Valid Abdul Kərim bildirib ki, jurnalistin harada olduğuna dair heç bir məlumatı yoxdur. Lakin Türkiyədəki Ərəb KİV-ləri Assossiasiyasının sədri Turan Qışlaqcı bəyan edib ki, Səudiyyə Ərəbistanı digər ölkələrdəki səfirliklərindən Ər-Riyadın siyasətindən narazı olan müxalifət qüvvələrinin oğurluğu məqsədilə istifadə edir. Onun sözlərinə görə, bu kimi hallar artıq İsveçrə, Böyük Britaniya və Fransada baş verib.

Camal Kaşıkçı Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindən olub. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. “The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazıb.

pia.az


Etiket: Ərdoğan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar