Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahalaşmanın hər hansı iqtisadi əsasları varmı?

Yoxsa bahalaşma sadəcə monopolistlərin verdikləri qərar əsasında baş verir?

Natiq Cəfərli: “Azərbaycanın daxili bazarı kifayət qədər ihisarlaşmış bazardır. Yəni, oyunçuların sayı çox azdır. Ona görə də bazarda hegemon olan oyunçular qiyməti istədikləri kimi diqtə etmək imkanına malikdirlər”.

Eyyub Hüseynov: “Azərbaycan bazarı monopolistlərin kəndiri altında nəfəs alır”.

Bakıda fəaliyyət göstərən mağazalardan verilən məlumata görə, oktyabrın 1-dən etibarən qida, içki və tütün məhsullarının qiyməti bahalaşacaq. Mağaza sahibləri deyir ki, bu məlumatı onlara həmin məhsulların topdansatışı ilə məşğul olan firmalar öncədən xəbərdarlıq kimi deyib. Məlumata görə, satışda olan bütün tütün məhsullarının qiymətləri deyilən tarixdən 15-20 faiz bahalaşacaq. Artıq dünəndən satışda olan bütün siqaretlərin qiymətləri 10-15% artıb.

Əldə etdiyimiz məlumata görə, satışda olan bütün tütün məhsullarının qiymətləri deyilən tarixdən 15-20%. bahalaşacaq. Xəbərdarlıqda bildirilir ki, “Az-Granata”ya aid içki məhsullarının qiyməti də 30-40% artacaq.

Mağaza satıcıları deyirlər ki, bu qiymət artımı bəzi içki məhsullarına artıq indidən tətbiq olunmağa başlayıb. Belə ki, “Xan” brendi ilə satışda olan içki məhsulları mağazalara firmalar tərəfindən əvvəllər 6 manata satılırdısa, artıq bu gündən 9 manata satılır.

Bu bahalaşmanın hər hansı iqtisadi səbəbi varmı? Yoxsa bahalaşma sadəcə monopolistlərin verdikləri qərar əsasında baş verir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli və Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

Natiq Cəfərli: “Təəssüf ki, bu hal təkcə spirt və tütünlə sərhədli qalmayacaq. Yeni ilə doğru, əsasən də noyabr-dekabr aylarında ərzaq məhsullarının qiymətində müəyyən artım müşahidə olunacaq”.

Önümüzdəki aylarda ərzaq məhsullarının da qiymətində artım olacağını vurğulayan iqtisadçı Natiq Cəfərliyə görə, buna səbəb yerli məhsulların bazardan yığışdırılması olacaq:

“Öncəliklə qeyd edim ki, Azərbaycanın daxili bazarı kifayət qədər ihisarlaşmış bazardır. Yəni, oyunçuların sayı çox azdır. Ona görə də bazarda hegemon olan oyunçular qiyməti istədikləri kimi diqtə etmək imkanına malikdirlər.

Uzun illərdir ki, bu məsələ Azərbaycanda çox ciddi problemlərdən birinə çevrilib. Təəssüf ki, həlli hələ də tapılmayıb. Bununla yanaşı, digər səbəblər də mövcuddur. Birincisi, Nazirlər Kabinetinin qərarı ilə xaricdən gətirilən spirtin gömrük rüsumlarında artım müşahidə olunmuşdu və yerli spirtli içkilərin istehsalçıları da qiyməti artırmaq məcburiyyətinə qalırlar. Çünki yerli istehsalçıların xammalı xaricdən gəlir və bu baxımdan qiymətdə müəyyən artıma gedirlər.

Digər tərəfdən, gömrükdə rəsmiləşmənin getdikcə daha çox artmasıdır. Gömrükdə rəsmiləşmə və rəsmi ödənişlərin həcmi artdıqca, qiymətlərin artımı da müşahidə olunur. Əvvəllər müxtəlif sxemlər vasitəsilə rəsmiləşdirmə həyata keçirilirdi. Son zamanlar gömrükdə rəsmiləşmənin həcmi artıb. Rəsmiləşmənin artması qiymətlərə təsir edir.

Təəssüf ki, bu hal təkcə spirt və tütünlə sərhədli qalmayacaq. Yeni ilə doğru, əsasən də noyabr-dekabr aylarında ərzaq məhsullarının qiymətində müəyyən artım müşahidə olunacaq. Bu vəziyyət həm tələbin artması, həm də ölkədə mövcud olan pis ənənənin göstəricisidir. Belə ki, böyük bayramlardan öncə ərzaq qiymətlərində kəskin artım müşahidə olunur və sonradan qiymətlər düşmür.

Başqa səbəb isə yerli kənd təsərüfatı məhsullarının noyabrdan sonra bazardan yavaş-yavaş çəkilməsi ilə bağlı müşahidə olunacaq vəziyyətdir. Əsasən həmin məhsulları xaricdən gətirilən məhsullar əvəzləyəcək. Bu isə müəyyən dərəcədə qiymətlərin artımına səbəb olacaq”.

Eyyub Hüseynov: “Ölkənin anti-inhisar siyasəti aparan dövlət qurumu 9 mərtəbəli binada 144 ştatla oturub və dövlətdən havayı maaş alır. Ölkə prezidentinin tapşırıqlarına birmənalı şəkildə əməl etmir”.

Azərbaycan bazarının dünya bazarına inteqrasiya olmamış bir bazar olduğunu bildirən AİB sədri Eyyub Hüseynovun fikrincə, bu cür artım istehlakçılara zərbədir:

Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enməz. Bu çağırış onu göstərir ki, ölkə prezidentinin dəfələrlə bildirdiyi sözün həqiqətən böyük əhəmiyyəti varmış. Üç il öncə Nazirlər Kabinetinin yığıncağında ölkə başçısı İlham Əliyev ölkədə monopoliyanın mövcud olduğunu və dövlət orqanları qarşısında məsələ qaldıraraq bu halların ləğv olunmasını göstəriş vermişdi. Lakin ölkənin anti-inhisar siyasəti aparan dövlət qurumu 9 mərtəbəli binada 144 ştatla oturub və dövlətdən havayı maaş alır. Ölkə prezidentinin tapşırıqlarına birmənalı şəkildə əməl etmir.

##relatedPostMilli##Azərbaycan bazarı dünya bazarına inteqrasiya olmamış bir bazardır. Dünya bazarında malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı adekvat cavab vermir. Lakin qiymətlər qalxanda çox tezliklə adekvat cavab verilir. Məsələn, 2008-ci ildə baş verən dünya maliyyə böhranında bütün dünya istehlakçıları alıcılara ucuz qiymətlə xidmət göstərdilər. Lakin Azərbaycanda bu hal baş vermədi. Azərbaycan bazarı monopolistlərin kəndiri altında nəfəs alır. Böyük iqtisadçı Adams Smit demişdi ki, inhisarçılıq istehlakçının boğazını kəsən bir bıçaqdır.

Azad İstehlakçılar Birliyi olaraq, bu məsələ ilə bağlı qəti mübarizə aparacaq. Biz çalışacağıq ki, qiymətlərin qalxmasının qarşısı alınsın. Xəbərdarlıq olunan artım istehlakçılara sui-qəsddir. Hətta lazım gələrsə, bəzi malları boykot edəcəyik”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar