Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur amerikalı repçi 28 il azadlıqdan məhrum edilib

Məşhur amerikalı repçi və prodüser Şuq Nayt istintaqla müqavilə bağlayıb və qətlə görə 28 il müddətinə azadlıqdan məhrum edilib

 TMZ xəbər verir ki, 28 illik müddət təqribən 3,5 il azaldılacaq, çünki repçi məhkəmə prosesi zamanı bu müddəti qazamatda keçirdib.

53 yaşlı musiqiçinin özü isə affekt vəziyyətində törədilmiş qətl işi üzrə ittihama etiraz etməyəcəyi ilə razılaşıb.

Repçi 2015-ci ilin yanvarında pikap ilə iki nəfəri vurub. Onlardan biri xəstəxanada ölüb. Ölən şəxs Naytın dostu və "Heavyweight Records"un təsisçisi Terri Karter olub. Şahidlərin sözlərinə görə, Nayt dostu ilə mübahisə etdikdən sonra maşını onun üzərinə sürüb. Repçi özü bildirib ki, kişinin üzərindən keçmək niyyətində olmayıb və onu güllələyəcəklərindən qorxaraq oradan qaçmaq istəyib.

Şuq Nayt, xüsusilə məşhur repçilər 2Pac, Dr. Dre və Snoop Dogg-un bəstələrinin buraxıldığı "Death Row Records" səsyazma studiyasının təsisçisi və keçmiş baş direktorudur.(Report)

pia.az


Etiket: Reper Həbs

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

Ən çox oxunanalar