Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Falçılara qarşı mübarizə gücləndirilir - Video

Dəfələrlə xəbərdarlıq edilməsinə və maarifləndirmə işləri aparılmasına baxmayaraq, XXI əsrdə hələ də falçılara inananlar var

Son zamanlar xüsusilə qadınlar arasında cadugərlik və fala meyil artıb. Pulunu və vaxtını itirən belə insanlar aldadıldıqlarını biləndə isə gec olur. Falçılıqla məşğul olan insanlara qarşı nəzarət tədbirləri gücləndirilir.

Oxu.Az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Xəzər” TV-yə bildirib ki, komitəyə bununla bağlı müraciətlər daxil olur.

Özlərini falçı kimi təqdim edən bəzi insanlar vətəndaşları aldadırlar.

Falçılıq bütün dünyəvi dinlərdə birmənalı olaraq qadağan edilir. İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim” və surələrində falçılıq şeytan əməli kimi qeyd edilir və haram sayılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, insanların etibarından istifadə edib onları aldadan şəxslərə qarşı mübarizə daha sərt formada həyata keçiriləcək.

Falçılara qarşı hüquq-mühafizə orqanları ilə birgə qabaqlayıcı tədbirlər görüləcək.

Falçılarla qarşılaşan şəxslər isə aidiyyəti üzrə polis məntəqələrinə və dini qurumlarla iş üzrə dövlət komitəsinə müraciət edə bilərlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Azərbaycan idmançıları Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qalib olublar

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Ən çox oxunanalar