Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadakı erməni oliqarxlara Kremldən çox sərt xəbərdarlıq edildi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə heç bir problemin olmadığını desə də bu münasibətlər pisləşməkdə davam edir

Virtualaz.org xəbər verir ki, Paşinyanın hökuməti ilə Rusiyanın münasibətlərinin kifayət qədər pis olması barədə növbəti məlumat “İravnuk” (“Haqq”) qəzetində dərc edilib.

Qəzeti məlumatlandıran mənbənin bildirdiyinə görə Rusiya rəhbərliyi KTMT-nin Baş katibi Yuri Xaçaturovun İrəvana çağırılmasını və orada ona ittiham elan edilməsini Paşinyana bağışlamayıb. Xəbər verildiyi kimi Xaçaturovun barəsində ev dustaqlığı qərarı verilib, amma Rusiyanın güclü təzyiqlərindən sonra ona Moskvaya qayıtmağa icazə veriblər.

Mənbənin bildirdiyinə görə Xaçaturova görə qəzəbdən əlavə Rusiyada işlərən erməni oliqarxlara ən yüksək səviyyədə xəbərdarlıq olunub. Onlara tapşırılıb ki, Ermənistan hökumətinə bir qəpik də vermək olmaz.

Rusiyada yaşayan bir çox erməni biznesmenlər hələ bu xəbərdarlıqdan əvvəl Ermənistandakı proqramlarını dondurublar. “Bu günlərdə erməni biznesmenlər kifayət qədər narahat və hiddətlidir, dar çərçivədə deyirlər ki, hələ heç kim onlarla bu tonda danışmamışdı”-mənbə bildirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“168 jam” qəzeti isə Ermənistan hakimiyyətinin Rusiyanı hiddətləndirəcək daha bir addım atmağa hazırlaşdığını yazır. Qəzetin yazdığına görə hakimiyyət keçmiş baş nazir, hazırda Avrasiya İqtisadi Birliyinin “hökumətinin”-Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Tiqran Sərkisyanın barəsində cinayət işi qaldırmaq üçün materiallar toplayır.

“Mənbələr deyir ki, Sərkisyana qarşı proses daha əvvəl başlamalı idi, amma Rusiyanın KTMT Baş katibi Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsinə qızğın reaksiyası buna mane oldu. Rusiya Xaçaturovun təqib edilməsini Ermənistan hakimiyyətinin KTMT-ni nüfuzdan salması kimi qiymətləndirib”-məlumatda deyilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar