ABŞ-ın Seynt Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin səkkizinci turunun görüşləri keçirilib
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu turda norveçli Maqnus Karlsenlə heç-heçə oynayıb.
Ümumiyyətlə, bu tur çərçivəsində keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.
Səkkiz turdan sonra Fabiano Karuana beş xalla turnir cədvəlinə başçılıq edir. Ş.Məmmədyarov, A.Qrişuk, L.Aronyan və M.Karlsen 4,5 xalla 2-5 yerləri bölüşdürürlər.
Turnirin qalibi mükafat olaraq 75 min ABŞ dolları alacaq. (oxu.az)
pia.az