Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Get işinlə məşğul ol" - Canlı efirdə gərginlik

"Xəzər TV"-də yayımlanan "Hər şey daxil" verilişində "Ay yay yay" serialının baş rol ifaçıları qonaq olub

Serialdan parçaları izlədikdən sonra aparıcı Tarix Əliyev müğənni Orxan Babazadəyə iradını bildirib.

Tolik qeyd edib ki, Orxan avtomobil idarə edərkən təhlükəsizlik kəmərini taxmağı unudub və onu 40 AZN cərimə etmək lazımdır.

Bu səbəbdən Tolik verilişin redaktorundan xahiş edib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovu canlı efirə bağlasınlar.

Bir neçə dəqiqədən sonra Tolikə məlumat verilib ki, idarə ilə əlaqə saxlanılıb və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovu əvəz edən Rasim Abdullayev onlara "gedin işinizlə məşğul olun" deyib.

Tolik isə cavabında bunları deyib:

"Əslində, bu bizim işimizdir. Mən gündəlik olaraq, 2 saat canlı efir aparıram və insanları maarifləndirirəm. Bəli, biz işimizlə məşğul oluruq, siz bunu görməmisiniz, bu da sizin işinizdir. Rasim müəllim, ola bilər ki, səhərdir, yuxudan gec durmusunuz, amma sizin heç bir səlahiyyətiniz, ixtiyarınız yoxdur ki, hər hansısa bir vətəndaş sizin nömrənizi tapıb zəng vurursa, ona "get işinlə məşğul ol" deyəsən. Bir vətəndaş olaraq, biz bu cəmiyyəti qorumalıyıq, millətin hər bir problemini həll etməyə çalışmalıyıq və dövlətimizə bunda kömək etməliyik". (baku.ws)

pia.az


Etiket: Canlı efir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay