Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi


29 iyun 2018-ci ildə Bakı Biznes Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edən “Nar” müxtəlif vakant vəzifələrə sənəd qəbulu elan etdi


Əmək yarmarkasının keçirilməsində əsas məqsəd təşkilatçı universitetin tələbə və məzunlarının yiyələndikləri ixtisaslar üzrə müvafiq işlə təmin edilmələrinə dəstək göstərilməsindən ibarət idi. Eyni zamanda, tədbirə digər universitetlərdə təhsil alan tələbələr və məzunlar da dəvət edilmişdilər. 

Qeyd edək ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsil və məşğulluğa böyük önəm verən "Nar" mütəmadi olaraq müxtəlif əmək yarmarkalarında iştirak edərək gənc kadrları şirkətdə ixtisasları üzrə işlə təmin etməyə çalışır. Daha öncə, fiziki məhdudiyyətli gənclərin işlə təmin edilməsi üçün təşkil edilmiş yarmarkada iştirak edən mobil operator belə gənclərin cəmiyyətə inteqrasiya edilməsi yönündə müxtəlif layihələr həyata keçirir.

Qeyd edək ki, ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında isə "Nar" "Ən yaxşı işəgötürən şirkət" mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az internet səhifəsindən məlumat əldə etmək olar.

"Azerfon" MMC ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini istifadəyə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar