Çərşənbə, 05 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədri Gerblə bağlı etiraz etdi


“Gerbimizlə bağlı elə məsələ var ki, islah olunmalıdır. Gerb sözü yanlışdır”


Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynov "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələrinin müzakirəsi zamanı çıxışında deyib.

Deputat qeyd edib ki, dövlət rəmzləri məsələsində müstəqilliyimizi, böyüklüyümüzü qoruyub saxlaya bilməliyik. “Əsas qanunumuzda, bütün kitablarda Gerb sözü Herb olmalıdır. Bununla bağlı illər öncə yazdığım “Əlifba” kitabında qeyd etmişəm. Hələ Ulu Öndər hakimiyyətdə olarkən mənim bu kitabımı oxumuş və 170-ci səhifədə Gerb sözünün Herb yazmağımla bağlı maraqlanmışdı. Bildiyiniz kimi Herb polyak sözüdür və rus dilində h hərfi olmadığı üçün g ilə yazılır. Ancaq əcnəbi sözlər Azərbaycan dilinə keçərkən biz dilimizin normasına əsasən orginalı əsas götürürük. Ruslar gipertoniya deyir, amma biz hipertoniya kimi götürürük, onlar Herakl sözünü g ilə verir, amma biz də h ilə yazılır. Yeganə dil xətası bizim ən vacib sözümüz olan Gerb sözündə pozulur. Biz başqa dilin normasını özümüzünkü kimi təsdiqləyə bilmərik”.

Komitə sədri qeyd edib ki, bununla bağlı müsabiqənin elan olunması, gerbimizin yenidən qəbul olunub, adının düzgün şəkildə təsdiqlənməsinə ehtiyac var.

R. Hüseynov Azərbaycan Dövlət Himnin sözləri ilə bağlı müəyyən yanlışlıqların olduğunu da vurğulayıb.

“Ümumiyyətlə, simvollarımız daha düzgün şəkildə təqdim olunmalıdır”. (modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev kimdir? – Dosye

İntiqam Cümşüdov Xətai icra başçısının müavini təyin ediləcək? - Oliqarx məmur olimpə doğru...

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

Bakıda ikiqat ölüm: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü

Xaçmazda məktəbli sinif yoldaşını bıçaqlayıb - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb

Ağdamda qızlarını döyüb qətlə yetirməkdə şübhəli bilinən valideynlərin məhkəməsi başlayır

İdman nazirinin dostu Rafael Hacıbəylinin “prava”sı alınır: Qalmaqallı hakimin oğlu məhkəmə qarşısına çıxacaq

Bakıda zavodda zəhərlənən işçilərin vəziyyəti açıqlandı

Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib

Ən çox oxunanalar