Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Membic əyaləti ilə bağlı məsələsini müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək
“Ahaber” xəbər verir ki, o, ABŞ dövlət katibinin müavini ilə görüşəcək.
Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfər etməsi nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi bu səfərin təxirə salınmasına səbəb oldu.
Xatırladaq ki, Membicə hazırda ABŞ hərbçiləri və terrorçu PKK/YPG-PYD nəzarət edir. Rəsmi Ankara isə həmin əraziyə girəcəyini bildirir, Vaşinqtondan isə terrorçuların Membicdən çıxarılmasını tələb edir.“Report”
pia.az