Bazar, 23 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: “Ruslar türklərdən intiqam aldı”


“Türk əsgərlərinin bombalanması ilə bağlı məndə belə bir təəssürat var…”


Suriyada Rusiya təyyarəsinin səhvən türk hərbçilərinə atəş açması nəticəsində 3 türk əsgərinin həlak olması Türkiyə və Rusiya gündəmində ən çox müzakirə edilən məsələlərdən biridir. 

Bu olayı hər iki dövlət üçün ikiqat aktual edən amil isə olayın qəsdən, məqsədli şəkildə törədilmə ehtimalıdır. Belə ki, bəzi siyasilər iddia edir ki, Rusiya türk qırıcıları tərəfindən vurulan rus təyyarəsinin qisasını məhz türk əsgərlərini bombalamaq hesabına aldı və bununla da bütün dünyaya heç kimə borclu qalmadığını ,qalmayacağını bildirdi.

Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Müharibə zamanı bu cür olayların olması mümkündür. Bütün müharibələrdə bu kimi şeylər olub. Yəni səhvən müttəfiq qoşunlara zərbələr endirilib. Hətta dünyanın super dövləti olan ABŞ belıə zaman-zaman bu cür səhvlərə yol verib.Sadəcə, bu olay Rusiya hakimiyyətinə anlatmalıdır ki, özləri də səhv edə bilərlər. Vaxtiylə Türkiyə Rusiya təyyarəsini vuranda haray-həşir salmışdılar. Istisna etmirəm ki, Rusiya hərbi təyyarələri türkləri səhvən vurublar. Amma bilməli idilər ki, həmin şəhərin ətrafında türk qoşunları yerləşir və onlar şəhərin terrorçulardan təmizlənməsi ilə məşğuldurlar. Iki dövlətin ordu generalları arasında koordinasiyada ola bilsin ki, anlaşmazlıqlar olub. Bunu Rusiya tərəfi də bildirib. 

Türkiyə də bu hadisəyə etiraz etmədi. Rusiya kimi haray-həşir salmadı. Putin isə Ərdoğana zəng etdi. Üzr istəmədi. Sadəcə, həlak olanlara görə narahatlığını dilə gətirdi. Lakin Türkiyə Rusiyaya qarşı heç bir iddia irəli sürməsə də, hadisənin yanlışlıqdan baş verdiyi bildirilsə də, sanki məndə belə bir təəssürat var ki, ruslar intiqam aldı. 

Doğrudur, indi Ankara və Moskva ciddi əməkdaşlıq edirlər. Lakin məndə belə bir təəssürat var ki, rus yetkililər öz aralarında deyirlər ki, öldürülən pilotumuzun qanını yerdə qoymadıq. Əgər bu olay intiqam hissindən qaynaqlanıbsa, deməli, artıq bu məsələyə son qoyulmalıdır. Türkiyə rus təyyarəsini vurdu, bir pilot öldü, Rusiya isə türk hərbçiləri bombaladı, 3 əsgər şəhid oldu, biri də ağır yaralandı. Artıq bu söz-söhbətlərin üstündən birdəfəlik xətt çəkilməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı: Yaralılar var - Video, Yenilənib

Putin ABŞ-ın ən böyük qorxusunu reallaşdırdı

Azərbaycanda toyda kütləvi zəhərlənmənin detalları: Ev yiyəsi danışdı

Fəaliyyətinə xitam verilən vəkil hakim qarşısına çıxacaq

Bakıda İran prezidenti və XİN rəhbərinin 40 mərasimi keçiriləcək - Foto

Övladı ilə söhbəti müzakirələrə səbəb olan psixoloq: "Elə bilirlər ki..." - Video

"Həmin evlərdən çox ürküdücü səslər gəlir" - Reabilitasiya Mərkəzində nə baş verir?

Emmanuel Makronun "yüksəlişi" "bitib" - Fransua Olland

Ən çox oxunanalar