Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd xəstəxanalarında zərdab niyə yoxdur?

Balıq tutmağa getmişdi, gürzə çaldı: Şok statistika və kənd xəstəxanalarında zərdab niyə yoxdur…


Artıq bir neçə ildir ki, qışda dəm qazı, yayda ilan sancmaları hadisələrinin qeydə alınmasına alışmışıq. Mayın əvvəlindən Bakıda və ya hansısa rayonda ilan sancması ilə bağlı hər gün məlumatlar oxuyuruq. Amma adi xəbər lentlərində verilən belə məlumatlar təhlükənin miqyasını izah etmir.

Halbuki, təkcə BakıBakıətrafı qəsəbələrdə qeydə alınan statistika həyəcan təbili çalmaq üçün kifayətdir. Digər narahatedici fakt odur ki, son illər kobra və qaraqurd sancmasına daha çox rast gəlinir.Bu isə əvvəllər Azərbaycan üçün xarakterik olmayıb.

Bəzi rayonlarda, xüsusilə də kəndlərdə ilan sancan şəxsin ölməsi ilə bağlı ara-sıra məlumatlar eşidirik. Bu da təbii ki, tibbi yardımın vaxtında edilməməsi, ilan zəhəri əleyhinə zərdabın çatışmazlığı ilə bağlı ehtimalların irəli sürülməsinə səbəb olur.

Bəs, Azərbaycanda kifayət qədər ilan əleyhinə zərdab varmı?Bu zərdablar apteklərdə niyə satılmır? Özəl tibb klinikalarda mütəxəssis olmadığı halda xəstələri niyə qəbul edirlər? İlan sancan şəxsə necə yardım edilməlidir?

Virtualaz.org saytı bu və digər suallara cavab axtarıb. Saytın əməkdaşları Respublika Toksikologiya Mərkəzində olaraq ilan sancan xəstələrə göstərilən tibbi yardımla maraqlanıblar.

“Balıq tutmağa getmişdim, gürzəni ayaqladım”

“Əvvəllər də balıq tutmağa getmişdim. Hər dəfə də ilanlara toxunmamağa çalışırdım.Bu dəfə bilməyərəkdən gürzənin üstünə çıxdım”. Bunu mayın 27-dən mərkəzdə müalicə olunan Abşeron rayonu, Qobustan kəndindən gətirilən 18 yaşlı Valeh Şükürov deyir.



Valeh xəstəxanaya şok vəziyyətində gətirilib. Gürzə onun aşağı ətrafından sancıb. Hazırda vəziyyəti ağır olsa da, həyatı üçün təhlükəsi azalıb. “İlana toxunmasan, o səni sancmaz. Mən də onlara toxunmamağa çalışırdım. İlanlardan biri ayağımın altından keçdi, digəri isə sancdı. Özümü itirdim. İndi ürəkbulanma, qusma, ağrılar azalıb. 8 gündən sonra yemək yeməyə başlamışam”,-deyə Valeh başına gələnləri danışır.

Mayın 28-də Xəzər rayonu, Zirə qəsəbəsindən gətirilən xəstənin isə vəziyyəti ağırdır. Onda böyrək çatışmazlığı yaranıb. “Zirə qəsəbəsində ilanlar çox olur. İndi hər tərəfdə evlər tikilib, göllər qurudulub. Əvvəllər göldə qurbağalar olurdu, indi ilanların yemi tam azalıb”,-deyə xəstə danışır.

Digər xəstə də Zirəqəsəbəsindən gətirilib. Deyir ki, həyətində ağacları sulayarkən onun ilan sancıb. “İlan ən təhlükəli heyvandır. Zirədəgürzə ilanlar çoxdur. Bilmədən liana toxunmaq az qala ölümlə nəticələnir”.



Mövsüm başlayıb…

“Aprelin sonundan oktyabradək ilan sancmaları ilə bağlı müarciətlər daxil olub. Ötən il 120-dən artıq xəstə qəbul etmişik”. Bunu isə mərkəzin rəhbəri Azər Maqsudov deyir.

Onun sözlərinə görə, havaların sərin keçməsi səbəbindən hələlik müraciətlər azdır. Amma iyunun sonundan xəstələrin gələcəyi güman edilir: “Hər il 120-150 müraciət daxil olur. Bu ilin ilk müraciəti apreldə qeydə alınıb.Rayonların birindən gətirilən xəstəni gürzə çalmışdı”.

Təbii ki, statistika bununla yekunlaşmır. Rayonlarda ilan zəhəri əleyhinə zərdabla təmin edilən xəstəxanalar da xəstə qəbul edir. Amma maraqlıdır ki, statistika hazırlananda mərkəzə daxil olan xəstələrin və təcili tibbi yardıma müraciət edənlərin sayı nəzərə alınır.

Xəstələrin əksəriyyəti Bərdə, Yexlax, Qəbələ, Qax, Şəmkir, Tovuz, Şəki,Şamaxı və cənub bölgəsindən gətirilir.

Mərkəz rəhbəri onu da qeyd edir ki, əsasən gürzə sancmaları müşahidə olunur.“Müşahidələr göstərir ki, ilan sancmaları arasında gürzə sancmaları üstünlük təşkil edir. Doğrudur, əfi ilanının sancmasına da rast gəlirik. Amma gürzə zəhəri daha tez və ağır təsir edir.Zəhər 2-3 saat içərisində insanı öldürə bilər, buna görə də, zərdab vurulmalıdır”.



Kənd klinikalarında zərdab yoxdur…

İlan zəhəri əleyhinə zərdab əsasən Fransa və Özbəkistanda istehsal olunur. Fransa istehsallı preparat daha keyfiyyətli olduğundan Azərbaycan Fransadan zərdab alır.Respublika Toksikologiya Mərkəzi də daxil olmaqla, xəstəxanalar ilin əvvəlində Səhiyyə Nazirliyinə məktubla müraciət edir.Müraciət əsasında təlabata uyğun zərdab verilir. A.Maqsudov deyir ki, ilanın növünə uyğun olaraq zərdablar müxtəlifdir: “Özbəkistan istehsallı zərdablardan allergik reaksiyalar müşahidə edilir. Buna görə də, əsasən Fransadan zərdab alınır. Nazirlik rayon səhiyyə şöbələrinə, xəstəxanalara, təcili yardım stansiyalarına zərdab verir.Əksər hallarda təcili yardım həkimləri xəstəni xəstəxanaya gətirmədən əvvəl zərdab vurur”.

Qeyd etdiyimiz kimi, ilan sancmalarından ölüm daha çox kəndlərdə qeydə alınır.Kənd xəstəxanalarında, həkim məntəqələrində zərdab tapılmır. Halbuki ilan sancmaları ən çox elə kəndlərdə baş verir. A.Maqsudov isə deyir ki, kənd xəstəxanaları vaxtında zərdab üçün müraciət etmirlər. “Azərbaycanda kifayət qədər zərdab ehtiyatı var. Amma dəfələrlə deyilməsinə baxmayaraq kəndlərdən müraciətlər edilmir.Yaxud da vaxtında müraciət etmirlər”.

Apteklərdə zərdab satılmır.Buna görə də, təbiət qoynuna səfərə çıxanlar, təsərrüfatlarda işləyənlər ilan sancarkən zərdab tapmaqda çətinlik çəkirlər. Zərdabların qiymətinə gəldikdə isə, preparatın qiyməti 200 manatdan başlayır. “Məsələ burasındadır ki, zərdab həkim nəzarəti altında, mütəxəssis tərəfindən vurulmalıdır.Xəstə özünəzərdab vura bilməz”,-deyə A.Maqsudov izahat verir.



Özəl klinikalarda zərdab var, amma mütəxəssis yoxdur

Ölkədəki əksər klinikalar ilan sancan xəstəni qəbul edir. Müraciət etdiyimiz xəstəxanaların çoxu bununla bağlı sualımıza müsbət cavab verdi. Amma A.Maqsudov deyir ki, özəl klinikalarda mütəxəssis çatışmır: “Onlar zərdab əldə edə bilərlər. Yəni özəl klinikalarda zərdab olur.Amma ağır xəstə qəbul edəndən sonra bizə müraciət edirlər.Bizim mütəxəssislər tövsiyə verirlər, müalicənin gedişinə kömək edirlər.Xəstənin vəziyyəti daha ağır olduqda isə bizim xəstəxanaya köçürürlər.Çünki ilan sancan xəstəni yalnız mütəxəsis müalicə etməlidir”.

Rayon xəstəxanaları isə mütəxəssis hazırlığı məqsədilə həkimləri taksikologiya mərkəzinə kursa göndərirlər.

 

Kobra, qaraqurd sancmaları

Əvvəllər qaraqurd sancmasına rast gəlinməyib.Amma son illər qaraqurd sancmaları baş verir.Qaraqurd xaricdən gətirilən idxal məhsullarının içərisində olur.“Axırıncı 7-8 ildəhəşərat sancması tez-tez rast gəlinir. Keçən ilqaraqurd sancması ilə bağlı müraciət daxil olub. 30 nəfəri isə əqrəb sancıb.Cənub meşələrində isə kobra ilanın sancmasına rast gəlmişik.Xəstənin söylədiyi əlamətlərə görə, meşələrdə kobra var. Amma əvvəllər nə qaraqurd, nə də kobra sancması ilə rastlaşmırdıq”.

Mərkəz rəhbəri deyir ki, Azərbaycan qaraqurd zəhərinə qarşı zərdab alır: “Əqrəb,qaraqurd zəhəri dəöldürücü təsirə malikdir. Amma ilan, xüsusilə də gürzə və kobra zəhəri daha təsirlidir”.

İlan sancana ilkin tibbi yardım: zəhəri sormaq olmaz

“Qaraca qız” filmində ilan sancan bəy qızını Tutu xilas edir.Amma mərkəz rəhbəri deyir ki, ilan sancan yerdən sormaq olmaz. “Həkimdən öncə yardım göstərmək üçün ətrafı yodla və ya spirtlə təmizləmək lazımdır. Əks halda, sonra orada infeksiyalaşmış yara olur. İlan sancan nahiyəyə qatıq sürtmək, sarımsaq qoymaq, yeri çərtmək da olmaz.Əks halda, ciddi yaralar əmələ gəlir və uzun müddət müalicə tələb olunur. Həmin yerə buz qoyulması tövsiyə edilir.Hərəkət etdirmədən həkimə müraciət etmək lazımdır”,-həkim tövsiyə edir.

İlan damarlara yaxın ərazini dişləyərkən zəhər bədənə daha tez yayılır.“Yaşlılar və uşaqlarda fəsadlaşma daha tez baş verir. Ümumilikdə isə, fəsadlaşma 2-3 saat çəkə bilər.Ona kimizəhər əleyhinə zərdab vurulmalıdır. Zərdab vurulandan sonra zəhərlənmənin qarşısı alınır. Zərdab olmadığı halda xəstəlik ağırlaşır. Xəstə huşunu itirir, təzyiq aşağı düşür, qanda parçlanma gedir. Bunun nəticəsində də xəstə dünyasını dəyişir”.

Sonda…

Son illər aparılan tikinti işləri, parkların, yaşıllıqların qırılaraq yerində evlər tikilməsi, cəbhəboyu ərazilərin yandırılması və bu kimi digər səbəblər ilanların yerdəyişməsinə səbəb olub.Belə görünür ki, təbiətə qarşı zorakılıq hər addımda əleyhimizə çevrilir. Bunun qarşısını almaq üçün bəlkə də çox gecikmişik. Amma zərdab istehsal etmək və bütün xəstəxanaları zərdabla təmin etməklə ölüm hallarını azaltmaq mümkündür. Axı, vaxtilə Azərbaycan ilan zəhəri istehsalı sahəsində keçmiş SSRİ məkanının lider ölkəsi hesab edilirdi…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Qəzzada həlak olan fələstinlilərin sayı 37,3 mini keçib

Ən çox oxunanalar