Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə terror faciəsindən niyə qurtula bilmir?

Qardaş ölkənin mərkəzi şəhərləri hədəfə götürülüb; son terror yay turizminə də ciddi ziyan vuracaq; Şahin Cəfərli: “Türkiyə hökuməti buraxdığı kobud səhvlərin acısını yaşayır”


İyunun 7-də İstanbulun Vezneciler nahiyəsində baş verən və 5-i polis daxil olmaqla, 11 insanın həyatına son qoyan terror aktı Türkiyəni yenidən silkələdi. Son 10 ayda ardıcıl şəkildə qardaş ölkədə baş verən terror faciələri Azərbaycanda da narahatlıqla qarşılanır. 

Hadisənin Türkiyənin  PKK-ya qarşı son günlərdə apardığı uğurlu əməliyyatlar zamanına təsadüf etməsi diqqəti terror təşkilatının üzərinə cəmləyib. Əvvəlki aylarda törədilmiş faciələrdə əsas diqqət mərkəzinə qardaş ölkənin həmin vaxtlar gərgin münasibətlərdə olduğu Rusiya gəlirdisə, indi tamam fərqli situasiya yaranıb. Artıq heç kəsdə PKK-nın bu hadisədə əlinin olduğuna şübhə yeri qalmayıb. Ekspertlər də bu düşüncədədirlər. Onlar qeyd edirlər ki, kürdlər artıq son çabalarını sərf edirlər. Prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamasında son 11 ayda 7600 terrorçunun məhv edildiyini bildirməsi ekspertlərin qənaətlərinə olan inamı artırır. 

Onu da qeyd edək ki, son 10 ayda baş verən terror aktlarının əksəriyyəti Türkiyənin mərkəzi şəhərlərində-İstanbul və Ankarada törədilir. Bu da qardaş ölkənin güvənlik sisteminin müzakirələrə səbəb olmasına şərait yaradır. 

Dünya ölkələri, ABŞ başda olmaqla, Türkiyədəki faciəyə öz münasibətlərini sərgilədilər. ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib: “Terror hücumu zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara isə təcili şəfalar diləyirik. ABŞ NATO müttəfiqi və İŞİD-ə qarşı koalisiyanın dəyərli üzvü olan Türkiyə ilə terror təhlükəsinə qarşı çiyin-çiyinədir”.



Son terror hadisəsinin yay fəslinə təsadüf etməsi Türkiyəyə maliyyə cəhətdən ciddi zərbə vuracağını indidən proqnozlaşdırmaq çətin deyil. Belə ki, qardaş ölkə turist axınına görə Avropanın qabaqcıl ölkələrindən sayılır. Doğrudur, hər fəsildə Türkiyəyə turist axını olur. Amma ən çox bu fəsilə təsadüf edir ki, artıq turistlər ən təhlükəli ölkə kimi Türkiyəni görürlər.
İyunun 8-də Türkiyənin Mardin vilayətinin Midyat rayon polis idarəsini hədəfə alan terror aktının törədilməsi də bu proseslərin davamlı olacağına işarə idi. 1 nəfər polisin, 2 mülkü vətəndaşın ölümü və 30-dan çox yaralının olduğu terror aktı ilə bağlı açıqlama verən Türkiyənin baş naziri Binəli Yıldırım bunun PKK tərəfindən törədildiyini qəti şəkildə bildirib.  

Politoloq Şahin Cəfərli Türkiyənin hazırda PKK ilə mübarizədə ən qaynar mərhələni yaşadığını düşünür: “Hazırda PKK-nın terror aksiyalarına başladığı 1984-cü ildən bəri Türkiyə dövlətinin terror təşkilatı ilə mübarizəsində ən qaynar mərhələ yaşanır. PKK-nın fəallığının pik nöqtəsinə çatdığı və terrorun intensivləşdiyi dövrlər daha əvvəl də olub, xüsusən 90-cı illərdə. Lakin indiyə qədər tərəflər bir-birinə qarşı bu qədər rəhmsiz və amansız olmayıb. Ötən dövrlərdə PKK-nın fəaliyyət arealı əsasən şərq və cənub-şərq vilayətlərini əhatə edirdi. PKK-nın taktikası bu ərazilərdə təhlükəsizlik qüvvələrinin keçdiyi yollara minalar döşəmək və hərbi karvanlar keçərkən partlayış törətmək, eyni zamanda bölgədə əməliyyata çıxan hərbçilərə və jandarma qüvvələrinə partizan metodları əsasında hücumlar təşkil etməkdən ibarət idi. İndi isə həm PKK-nın metodları dəyişib, həm də aktivlik göstərdiyi coğrafiyanın miqyası böyüyüb. Terror təşkilatı dağdan şəhərlərə enib və artıq Yaxın Şərq mənşəli terror metodlarından - canlı bombalardan, bomba yüklənmiş avtomobillərdən istifadə etməklə terror törətməkdədir. Dövlətin ötən il iyulun 25-də başlayan antiterror əməliyyatlarında terrorçulara qarşı rəhmsizliyi də diqqəti çəkir. Mən Türkiyənin PKK-ya qarşı mübarizəsinin tarixçəsinə bələdəm, terror təşkilatına zaman-zaman çox ağır zərbələr vurulub, hətta verdiyi ağır itkilər səbəbilə PKK-nın gücünün tükənmə nöqtəsinə gəldiyi vaxtlar da olub. Lakin əvvəllər dövlət heç vaxt şəhər və qəsəbələrin dağılması və xarabazara dönməsi bahasına əməliyyatlar keçirməyib. Hazırda isə dövlət terroru bitirmək üçün hər cür riski gözə alıb”.



Politoloq Türkiyənin PKK-nın əlində olan ərazilərdə sərt şəkildə təmizləmə əməliyyatları apardığını da söylədi: “PKK ötən il şərq və cənub-şərq vilayətlərinin bir sıra yaşayış məntəqələrini - Cizrə, Silopi, Yüksəkova, Nusaybun, Silvan, Sur və digər yerləri faktiki olaraq nəzarətə götürmüşdü. Dövlət ötən ilin dekabrından etibarən bu ərazilərdə çox sərt ”təmizləmə" əməliyyatları keçirir. Əməliyyatlardan öncə yerli əhali müvəqqəti köçürülüb və tanklardan, toplardan istifadə edilərək terrorçuların mövqe tutduğu binalar darmadağın edilib. Ümumilikdə 11 minə yaxın bina dağılıb və dövlət əməliyyatların yekunlaşmasından sonra həmin şəhər və qəsəbələri yenidən inşa edəcək. İnternetdə həmin yaşayış məntəqələrinin fotolarına baxanda onların Suriyadan fərqsiz olduğu görünür. Əslində PKK məhz Suriya variantına bənzər şəkildə bəzi vilayətlərdə müstəqil kürd kantonları yaratmaq niyyətində idi. Bu məqsədlə “çözüm sürəci” adlanan kürd probleminin siyasi yolla həlli prosesi zamanı Suriyadan və İraqdan Türkiyəyə çoxlu sayda silah-sursat, tonlarla partlayıcı maddə gətirilib. Yeri gəlmişkən, Türkiyə bu gün məhz “çözüm sürəci” zamanı dövlətin-hökumətin buraxdığı kobud səhvlərin acısını yaşayır. O dövrdə yerlərdəki dövlət orqanları, jandarma və polis PKK-çıların ciddi hazırlıq içində olduğunu, silah-sursat ehtiyatı yığdığını görərək bu barədə Ankaraya məlumat verib, lakin Ankaradan təlimat gəlib ki, terrorçulara toxunmayın və “çözüm sürəci”nə zərər verəcək addımlar atmayın. Bunun ağır nəticələri bu gün ortadadır".



Ş.Cəfərli PKK-nın əsas məqsədlərindən birinin Türkiyənin turizminə zərbə vurmaq və bu yolla dövləti maddi cəhətdən ziyana salmaq olduğunu bildirdi: “PKK güman ki, ”çözüm sürəci"nin bitməsindən sonra - 2015-ci ilin iyulunda əməliyyatlara start verən dövlətin bu qədər qərarlı və qətiyyətli addımlar atacağını gözləmirdi. Bir ilə yaxındır ölkə daxilində və İraqın şimalında həyata keçirilən əməliyyatlar nəticəsində ölən, yaralanan, sağ ələ keçirilən və təslim olan terrorçuların sayı 10 minə yaxınlaşıb. Bu, terror təşkilatı üçün çox ağır itkidir. PKK-nı bu qədər aqressiv hala gətirən amillərdən biri də məhz verdiyi ağır itkilərdir. Terror təşkilatı dövlətə cavab vermək və onu həssas nöqtələrindən vurmaq məqsədilə paytaxt Ankaranı və ölkənin ən böyük şəhəri İstanbulu hədəf seçib. Burada məqsəd həm də dövlətin iqtisadi əsaslarını sarsıtmaqdır. Çünki İstanbul mühüm iqtisadi-maliyyə mərkəzi olmaqla yanaşı, həm də hər il milyonlarla əcnəbi turisti qəbul edən önəmli turizm mərkəzidir. Terrorçular Türkiyə turizmini bitirərək dövləti milyardlarla dollar gəlirdən məhrum etmək yolunu seçiblər. Rusiyanın boykotu səbəbindən Türkiyə turizmi onsuz da çətin günlər keçirir, buna terror təhlükəsinin də əlavə olunması nəticəsində Türkiyə turizminin bu mövsümü ciddi itkilərlə başa vuracağı şübhə doğurmur. Amma təbii ki, önəmli olan dövlətin ali mənafeləri və təhlükəsizliyidir. Türkiyə terrora qarşı nə bahasına olursa olsun mübarizəsini davam etdirməlidir və etdirəcək".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

Rəşad Əhmədov: "Fazil Mustafanı vurmaq üçün 30 min dolların az olduğunu dedi" 

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Ən çox oxunanalar