Bazar, 09 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ömür ağacı


İlqar Rəsul yazır


Rejissor Ramiz Həsənoğlunun 70 illik yubileyinə
 
 
"Ötən ilin son gecəsi"nin səhəri "Topal teymur" "Evləri köndələn yar"gilə elçi gedir. "Qatarda" köhnə tanışı olan "Yaşıl eynəkli adam"la rastlaşır. Soruşur ki, indi nə işə baxır? Adam cavab verir ki, sirkdə "Yarımştat" işləyirəm, boş vaxtlarda da evlərdə "Kökdən düşmüş piano"ları kökləyirəm. "Yumurta" yeyib "Ordan burdan" danışırlar. "Yollar görüşəndə" qatardan düşürlər. Soraqlayıb "Tanatos mehmanxası"nın yerini öyrənirlər. Onun yanındakı köndələn binaya qalxıb, zəngi basırlar. Qapıda onları "Gülər" üzlü "Firuzə" qarşılayır. Qız o qədər gözəl olur ki, onu "Günəşin bacısı" adlandırırlar. İçəri keçib otururlar. "Ailə" yığışır. 

Teymur gəlişin səbəbini izah edib cavab gözləyir. Bu vaxt "Yaşadan, yaşayan Yaşar" gəlib çıxır. Süfrə arxasına keçib, onu çağırmadıqları üçün qonşularından gileylənir: "Qonşu qonşu olsa" qapını döyüb xəbər edər. Məsələnin nə yerdə olduğunu biləndə ““Bala başa bəla”dır, böyüdü, gərək verəsən getsin” - deyir. Qızın atası cavab verir ki, "Bir parça həyat"dır. Biz də istəyirik balamız "Xoşbəxt adam" olsun. "Min birinci söz"də valideynlərin razılığını alırlar. Yaşıl eynəkli adam da öz yanından deyir ki, "Nigarançılıq" çəkməyin, yaxşı ailə olacaqlar. Yaşar "Kamança" çalır, dağılışırlar.   
 
Çıxıb küçədə "Günahsız Abdullanı" axtarırlar. Bir qədər sonra binanın arxasından tapırlar. "Hardasan, bayaqdan "Səni axtarırıq", gözün aydın, toyun razılığını aldıq!" - deyirlər. Sevincdən Abdullanın gözlərində "Ağ dünya" yaranır. Onu da götürüb xeyir-dua almaq üçün "Fatehlərin divanı"na gedirlər. Səhərədək fatehlər Abdullaya "Bəylik dərsi" keçirlər. "Ömürdən uzun gecə" yaşayır Abdulla fatehlərin zəhmli baxışları altında. Sonda fatehlər Abdullanın subaylığına "Nekroloq" yazdırıb, toy qərarı verirlər. Səhəri "Dəvətnamə"lər paylanır...
 
2016-cı il, aprelin 13-ü "Yurd yeri"ndə toy olur. "Ac həriflər" səhərə qədər yeyib-içib şənlənirlər. Hamı Rejissor Ramiz Həsənoğlunu 70 illik yubileyi münasibətilə təbrik edir...(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hakim intihar etməzdən əvvəl məmurların adı keçən məhkəmə işinə baxıb

Beynəlxalq Cinayət Məhkəməsi Azərbaycanın düşmənlərini hədəfə aldı

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Azərbaycanla Misir arasında yeddi sənəd imzalanıb

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları gecə vaxtı tapşırıqlar icra ediblər - Video

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmə istintaqı yekunlaşıb

Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib

Bu gün kişilərdən ibarət 3x3 basketbol millimiz Ermənistanla qarşılaşacaq

Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını Rövşən Nəcəfə təqdim edib

Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub

Ən çox oxunanalar