Bazar ertəsi, 24 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Türkiyə qarşıdurması Suriya sərhədlərini aşa bilərmi?


Şahin Cəfərli: “Rusiya-Türkiyə hərbi toqquşması baş versə belə, bunun lokal xarakter daşıyacağını və Suriya sərhədlərindən kənara çıxmayacağını düşünürəm”


Arzu Nağıyev: “Rusiyanın  Ermənistana 200 milyonluq kredit ayırması məsələsi bu silahlanmanın tərkib hissəsidir”.

Dünən “İnterfaks”  Agentliyi Rusiyanın Ermənistandakı  “Erebuni” aviabazasına yeni nəsil qırıcılar və hərbi-nəqliyyat vertolyotları göndərməsi  barədə  məlumat yayıb. Bir neçə gün əvvəl isə,  Fransa prezidenti Fransua Olland Türkiyə ilə Rusiya arasında müharibə riskinin böyük olduğunu bildirib.  Türkiyə Suriyada quru əməliyyatlara başlayarsa, Rusiyanın Ermənistandakı  “Erebuni” aviabazasından Türkiyəyə zərbələr endirmək ehtimalı varmı?

Bu mövzu ilə bağlı politoloqlar Arzu Nağıyev və Şahin Cəfərli PİA.AZ-ın əməkdaşı ilə fikirlərini bölüşüblər.



Şahin Cəfərli: “Türkiyə birtərəfli qaydada Suriyaya hərbi müdaxilə edərsə, əlbəttə ki, Rusiya ilə toqquşma ehtimalı  var. Bu halda Rusiya Ermənistandakı hərbi aviasiyadan yox, öncə Suriyadakı hərbi aviasiyadan istifadə edə bilər”

Rusiyanın SuriyaErmənistandakı qüvvələrinin  Türkiyə ilə genişmiqyaslı müharibə aparmağa qadir olmadığını bildirən politoloq Şahin Cəfərlinin fikrincə, müharibə baş verərsə, “Montre” anlaşmasına əsasən Türkiyə üstünlüyə sahib ola bilər:

Rusiyanın Ermənistandakı hərbi mövcudiyyətini gücləndirməsi, sözsüz ki, yeni geosiyasi reallıqlarla əlaqədardır. Ankara ilə münasibətlərdə böhran yarandıqdan sonra Moskva Türkiyə sərhədində yerləşən hərbi bazalarının imkanlarını və potensialını artırmağa qərar verib. Bu, həm Ermənistandakı, həm də Suriyadakı hərbi bazalara aiddir. Rusiyanın bu siyasəti bir tərəfdən Türkiyəyə güc nümayişi və ona ünvanlanan mesajdırsa, digər tərəfdən müharibə baş verəcəyi təqdirdə, buna hazır olmaq niyyəti daşıyır. Türkiyə birtərəfli qaydada Suriyaya hərbi müdaxilə edərsə, əlbəttə ki, Rusiya ilə toqquşma ehtimalı  var. Bu halda Rusiya Ermənistandakı hərbi aviasiyadan yox, öncə Suriyadakı hərbi aviasiyadan istifadə edə bilər. Aralıq dənizinin Suriya sahillərindəki Rusiya hərbi gəmilərindən Türkiyə qoşunlarına raket zərbələri endirilməsi də mümkündür. Türkiyənin bu hücumlara cavab verməsi nəticəsində iki ölkə arasında müharibənin genişlənərək Suriya sərhədlərindən kənara çıxması ehtimalı da var ki, bu halda “Erebuni” bazasından istifadə olunmasını nəzəri baxımdan gözardı etmək olmaz. Lakin bu variantın Rusiya üçün bir çox riskləri var. 

Əvvəla, Rusiyanın SuriyaErmənistandakı qüvvələri Türkiyə ilə genişmiqyaslı müharibə aparacaq səviyyədə deyil. Rusiya bu halda Suriyadakı qüvvələrinin kəmiyyət və keyfiyyətini operativ şəkildə artırmaq ehtiyacı ilə üzləşəcək. Lakin Suriyadakı qüvvələrin təchizatı əsasən dəniz yolu ilə həyata keçirilir və bu məqsədlə Türkiyə boğazlarından istifadə olunur. Müharibə başlayacağı təqdirdə, “Montre” anlaşmasına uyğun olaraq, Türkiyə boğazları Rusiya gəmilərinə qapatmaq haqqı əldə edəcək və belə olan halda, Rusiyanın Suriyadakı bazalarının təchizatı zəifləyəcək. 

Eyni zamanda, Türkiyənin Suriyadakı Rusiya bazasını bombardman etmək imkanları da var. “Erebuni”dən qalxacaq təyyarələrlə Türkiyə ərazisini bombalamaq da problemli məsələdir. Əvvəla, Türkiyə istər hava hücumundan müdafiə sistemləri, istərsə də hərbi aviasiya üstünlüyü ilə Rusiya təyyarələrinin hücumunu asanlıqla dəf edə bilər. İkincisi, Türkiyə ərazisinə hər hansı hücum NATO müqaviləsinin 5-ci maddəsi çərçivəsində dəyərləndirilə bilər ki, bu da Rusiya-NATO hərbi toqquşması ehtimalını yaradacaq. Rusiyanın bu riskə gedəcəyi inandırıcı görünmür. Rusiya-Türkiyə hərbi toqquşması baş versə belə, bunun lokal xarakter daşıyacağını və Suriya sərhədlərindən kənara çıxmayacağını düşünürəm. Lakin əlbəttə, Kremldə oturan şəxsin qeyri-adekvat xarakteri nəzərə alınarsa, heç nəyi istisna etmək olmaz.       

Yeri gəlmişkən, son proseslərdə Ermənistanın Rusiya üçün önəmi bir daha ortaya çıxdı və Azərbaycanın niyə Rusiyaya heç vaxt Ermənistan qədər yaxın ola bilməyəcəyi bir daha bəlli oldu. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir yürüdərkən və analiz apararkən istər Azərbaycanın dövlət orqanları, istərsə də ictimaiyyətimiz bunu unutmamalıdır”.


Arzu Nağıyev: “Həmin silahların Dağlıq Qarabağ ərazisində peyda olması istisna deyil”


Rusiyanın Ermənistanda hərbi bazasını gücləndirməsinin Azərbaycanı qane etmədiyini vurğulayan politoloq Arzu Nağıyevə görə, Türkiyə Suriyada quru əməliyyatlara  başladığı təqdirdə Rusiyanın Ermənistandan istifadə edəcəyi istisna deyil: 

“Ümumiyyətlə, Türkiyə -Rusiya qarşıdurması başlayandan  Rusiya tərəfi Ermənistan ərazisində olan 102 saylı hərbi bazada texnika və canlı qüvvənin artırılması ilə məşğuldur.  NATORusiyanın sərhədinin məhz Ermənistandan keçməsini bəhanə gətirərək, eyni zamanda müxtəlif adlarla İrəbuni yaxınlığında yerləşən hava qüvvələri  bazasını da yeni qırıcılarla möhkəmləndirir. Eyni zamanda, Rusiyanın  Ermənistana 200 milyonluq kredit ayırması məsələsi də bu silahlanmanın tərkib hissəsidir. 

Məlumdur ki, iqtisadi sanksiyalara məruz qalmış Rusiya bu qədər krediti nə Ermənistana silah üçün yönəldə bilməz, nə də iqtisadiyyatı 95%  Rusiya tərəfindən idarə edilən Ermənistan bu məbləği qaytara bilməz. Deməli , əvəzində Rusiya silah verəcək,  bu adla öz silahlarını artıracaq və belə də edir. Təbii ki, bu heç Azərbaycanı da qane etmir. Çünki həmin silahların Dağlıq Qarabağ ərazisində peyda olması istisna deyil. Bundan başqa, Rusiya həmrəylik göstərməklə Sərkisyanın hakimiyyətdə ömrünü  uzadır və təbii ki, status-kvonu saxlayır. Türkiyənin Suriyaya qarşı quru qoşunların əməliyyatına başlaması Rusiyanın Ermənistandakı silahlardan birbaşa olmasa da, Suriya hakimiyyətinə loyal dəstələrə ötürməsi istisna edilmir. Eyni zamanda “Erebuni” aviabazasından da istifadəsi istisna deyil”.

Gülşən Şərif
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı: Yaralılar var - Video, Yenilənib

Putin ABŞ-ın ən böyük qorxusunu reallaşdırdı

Azərbaycanda toyda kütləvi zəhərlənmənin detalları: Ev yiyəsi danışdı

Fəaliyyətinə xitam verilən vəkil hakim qarşısına çıxacaq

Bakıda İran prezidenti və XİN rəhbərinin 40 mərasimi keçiriləcək - Foto

Övladı ilə söhbəti müzakirələrə səbəb olan psixoloq: "Elə bilirlər ki..." - Video

"Həmin evlərdən çox ürküdücü səslər gəlir" - Reabilitasiya Mərkəzində nə baş verir?

Emmanuel Makronun "yüksəlişi" "bitib" - Fransua Olland

Ən çox oxunanalar