Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nardaranda meydan boşaldıldı, barrikadalar söküldü


Ölkəni həyəcanda saxlayan hadisələr sönməyə üz tutur; Kənd ağsaqqallarının toplantısında yekun qərar verildi; sakinlər işıq, su məsələsini həll edəcəyinə, yollardakı postların götürüləcəyinə ümid edirlər; Məşədi Natiq: “Məsələ dinc yolla həllini tapmalıdır...”


Neçə gündür ölkəni gərginlikdə və həyəcanda saxlayan Nardaran hadisələri ətrafında xoşagəlməz proseslər nəhayət ki, səngiməyə üz tutmaqdadır. Dünən kəndin “Hüseyniyyə” məscidində vəziyyətlə bağlı keçirilmiş toplantı hər halda belə söyləməyə əsas verir. 

Toplantıda xeyli sayda sakin iştirak ediblər. Çıxış edən Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov məsələnin dinc yolla həll olunması təklifini verib. Bu məqsədlə o, hazırda “İmam Hüseyn” meydanın boşaldılması və meyitlərin alınması təşəbbüsünü irəli sürüb: “Bu mənim təklifimdir. Dinc yolla həll edək. Ölülərimizi alaq. Dəfn edək. Biz birik, birliyik. Bu kəndin birliyini heç kim poza bilməz. Qərarımız bir olsun”.




Məsciddə digər ağsaqqalların, dindarların fikirləri də dinlənilib. Onlar da çıxışlarında deyiblər ki, hökumətin təklifi dəyərləndirilməlidir. Çıxışçıların sözlərinə görə, hökumətdən gələn təklif “İmam Hüseyn” meydanın boşaldılması və bundan sonra cənazələrin geri qaytarılmasıdır. 

Bildirilib ki, meyitlər verildikdən sonra 5 nəfər kənd ağsaqqalı hökumət nümayəndələri ilə danışığa gedəcək. “İmam Hüseyn” meydanının boşaldılmasnın ardınca ağsaqqallar hökumətin işıq, su məsələsini həll edəcəyini, yollarda qurulan postların götürüləcəyinə ümid edirlər. 




Müzakirələrin sonunda yekun qərar verilib, meydan boşaldılıb, qəsəbənin mərkəzində qurulmuş çadır sökülüb, sakinlərin böyük əksəriyyəti evlərinə dağılışıb. Lakin bir neçə nəfər hökumətin danışıqlarda necə mövqe göstərəcəyindən ehtiyatlanır. Onlar bu danışıqlara heç kimin qaranti verməməsindən narahatdırlar. 




*****
Nardarandakı silahlı insident nəticəsində ölənlərin cənazələrinin sabah (bu gün-red.) ailələrinə təhvil veriləcəyi gözlənilir”. Bu barədə APA-ya kənd sakini Mehman Məmmədov məlumat verib. O, qəsəbə sakinlərini təxribata uymamağa, heç bir qüvvənin vasitəçisinə çevrilməməyə çağırıb.

Qeyd edək ki, qanlı toqquşmada ikisi polis əməkdaşı, yerdə qalanları isə Nardaran sakini olmaqla 6 nəfər həlak olub. Silahlı insidentlə bağlı ilahiyyatçı Hacı Taleh Bağırovla birgə ondan çox adam saxlanılıb. 

Atışmada dünyasını dəyişən polis əməkdaşları - Vüqar Nəsibov və İsmayıl Tağıyev II Fəxri Xiyabanda dəfn ediliblər. Prezident İlham Əliyev onların ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında qeyd olunub ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməliyyat keçirilib.

*****

Müsavat.com-un Nardaranda olan əməkdaşı xəbər verdi ki, artıq qəsəbədə  barrikadalar sökülür, mərkəzdəki “İmam Hüseyn” meydanı boşaldılır. Meydana texnika gətirilib, burada yığılan daşlar təmizlənir. Çadırlar sökülür. Kənd meydanında olan insanların dağılması üçün ağsaqqallar və dindarlar çağırışlar edirlər. Meydan yavaş-yavaş boşaldıllr...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar