Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəticələri ləğv edilən dairələri hansı cəzalar gözləyir? - Hüquqşünasdan şərh

Azərbaycan qanunvericiliyinə görə seçki sənədlərini saxtalaşdırmaq cinayət məsuliyyəti yaradır. Bəs ləğv edilən dairələrdə MnSK və DSK nümayəndələrini hansı səviyyədə cəzalar gözləyə bilər?..

Vəkil: “MSK bu səbəblər sübutlarla birlikdə Azərbaycan Respublikasının Prokurorluğuna göndərəcək. Prokurorluq da sübutlar əsasında araşdırma aparacaq”.

“Cəzanın miqyası pozuntunun növünə baxır. Əgər pozuntular həmin şəxslər tərəfindən törədilibsə, qanunla onlara cəza düşür”.

Bu sözləri vəkil Xəyal Bəşirov seçki nəticələri ləğv edilən dairələrin nümayəndələrini hansı cəzaların gözlədiyini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub.

Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun öndə olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin birinci olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin ilk sırada olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

Bu arada qeyd edək ki, Prezident İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşdə parlament seçkilərinə toxunaraq pozuntulara yol verən şəxslərin cəzalandırılacağını bildirmişdi. Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə seçkinin nətəcələrini dəyişmək cinayət məsuliyyəti yaradır.

Bəs ləğv edilən dairələrdə MSK sədr üzvlərinin, həmçinin DSK nümayəndələrinin hüquqi məsuliyyətə cəlb olunması qanunla mümkündürmü və onları hansı səviyyədə cəzalar gözləyə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirovla müzakirə edib.

Xəyal Bəşirov: “Bu pozuntulara görə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”.

Bu cinayətlərin Cinayət Məcəlləsinə görə insan və vətəndaşın konstitusiya hüquqlarının əleyhinə olan cinayətlətə daxil olduğunu vurğulayan vəkil PİA.az-a açıqlamasında bildirib ki, cinayət də pozuntunun növündən asılıdır:

“Bu pozuntunun növünə baxır. Əgər pozuntular vəzifəli şəxslər tərəfindən birbaşa törədilibsə, qanunla onlara cəza düşür. Amma pozuntu həmin şəxslərin iradəsindən kənarda törədilibsə, bu araşdırılmalıdır. Onsuz da həmin şəxlərin hamısının izahatları MSK-ya təqdim olunmalıdır.

Ləğv edilən nəticələr məhkəməyə göndəriləcək. MSK nəticələrin hansı səbəblərdən ləğv edildiyini elan etməyib. MSK bu səbəblər sübutlarla birlikdə Azərbaycan Respublikasının Prokurorluğuna göndərəcək. Prokurorluq da sübutlar əsasında araşdırma aparacaq.

Xəyal Bəşirov: “Pozuntulara görə 1500 manatdan 5000 manata qədər cərimə nəzərdə tutulub. Eyni zamanda isə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası da tətbiq edilə bilər”.

Bu cinayətlər Cinayət Məcəlləsinə görə insan və vətəndaşın konstitusiya hüquqlarının əleyhinə olan cinayətlətə daxildir. Cinayət də pozuntunun növündən asılıdır. Bu növlər də aşağıdakılardır:

1. Seçki hüquqlarının həyata keçirilməsinə mane olmaq

2. Seçkilərlədə iştirak qaydalarını pozmaq

3. Seçki komissiyalarının işinə müdaxilə etmək təsir göstərmək

4. Seçki sənədlərini saxtalaşdırmaq

Vətəndaşın seçki hüquqlarının pozulması, vətəndaşı hansısa namizədə səs verməyə məcbur etmək halları da ola bilər. Pozuntuların hər birinin subyekti ayrı-ayrı şəxslər ola bilər. Elə pozuntu var ki, onun subyekti mərkəzi seçki komissiyasının səlahiyyətli nümayəndəsi ola bilər. Yaxud da pozuntu kənar müdaxilə tərəfindən baş verə bilər.

Ümumillikdə bu pozuntulara görə 1500 manatdan 5000 manata qədər cərimə nəzərdə tutulub. Eyni zamanda isə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası da nəzərdə tətbiq edilə bilər. Həmçinin də islah işləri ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Ən çox oxunanalar