Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft ucuzlaşır

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti səhər saatlarında bir barel üçün 39,60 ABŞ dolları təşkil edib ki, bu da öncəki günün sessiyası sonundakı qiymətdən 0,18 ABŞ dolları (0,45%) azdır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, çərşənbə axşamı baş tutan sövdələşmələrdə isə qiymət 2,23 ABŞ dolları (5,3%) aşağı düşüb.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron sövdələşmələrində WTI markalı neftin oktyabr ayı üçün fyuçersləri isə 0,23 ABŞ dolları (0,63%) azalaraq bir barel üçün 36,54 ABŞ dollarına düşüb. Çərşənbə axşamı o, 3,01 ABŞ dolları (7,6%) ucuzlaşmışdı.

“Belə hərəkət üçün açıq-aydın katalizator yox idi, amma dolların möhkəmlənməsi və birjalardakı eniş təkcə neft bazarında deyil, ümumiyyətlə xammal sektorundakı əhval-ruhiyyəni yaxşılaşdırmadı”, - ING analitikləri bildirib.

Son günlərdə neft qiymətləri bir sıra mənfi faktorların – avtomobil səfərləri ilə yay mövsümünün başa çatması, ABŞ-dakı neftayırma zavodlarında təmir işlərinin müddətinin uzadılması, eləcə də avqustda neft ambarlarının tükənməsi fonunda Çinin idxalı azaltmasının və s. təsiri ilə azalıb.

Bundan əlavə, “Saudi Aramco” ötən bazar günü ən böyük regional bazarı olan Asiya qitəsində “Arab Light” markalı neftin qiymətini ardıcıl ikinci ay azaldılıb, bu dəfə bir barel üçün 1,4 ABŞ dolları səviyyəsində. Nəticədə Səudiyyə nefti Oman və Dubaydan gələn neft səbətindən 0,8 ABŞ dolları ucuz olacaq. Asiyalı müştərilər üçün “Arab Super Light” və “Arab Extra Light” markalı neft sortlarında bir barel üçün 1,5 ABŞ dolları, “Arab Heavy”də isə 0,9 ABŞ dollarlıq ucuzlaşma olacaq.

“S&P Global Platts”ın məlumatlarına görə, “Brent” markalı neft avqustun 25-dən bəri 13,7% ucuzlaşıb, WTI isə avqustun 26-dan bu yana 15,8% dəyər itirib. Bu həftə treyderlər müvafiq olaraq çərşənbə günü və cümə axşamı açıqlanacaq Amerika Neft İnstitutu (API) və ABŞ Energetika Nazirliyinin ölkədəki neft ehtiyatlarına dair məlumatlarının açıqlanmasını gözləyirlər.

pia.az


Etiket: neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar