Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

"Beş aydan çoxdur ki, mənzilimin qapısı bağlıdır. Özümüz xaricdə olmuşuq, evdə isə heç kim olmayıb. Amma qayıdanda görmüşük ki, hər ay üçün bizə işıq pulu qəbzi gəlib. Biz ilin yalnız bir neçə ayı Bakıda oluruq, gedəndə də sayğacı tam söndürürük. Buna baxmayaraq, hər ay mənzilə işıq pulu üçün qəbz gəlir. Bunun səbəbi nədir?"...

Belə bir sualla Oxu.Az-a müraciət olunub.

Məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Vaqif Aydınoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq məsələni bu şəkildə izah etdi:

"Əgər vətəndaş uzun müddətə harasa gedirsə, evində olmayacaqsa və sayğacının tam dayanmasını istəyirsə, o zaman evinin sənədi ilə birlikdə "ASAN Kommunal"a yaxınlaşmalıdır. Orada "Azərişıq" bölməsində sayğac kodunun passiv edilməsi haqqında ərizə yazmalıdır.

Bundan sonra onun sayğac kodu passivə düşür və sayğac işləmir. Bu müddət ərzində nə nəzarətçi gəlir, nə də sayğac pul yazır.

Vətəndaş geri döndükdən sonra yenidən "ASAN Kommunal"a yaxınlaşıb sayğac kodunun passivdən aktivə keçirilməsi ilə bağlı ərizə ilə müraciət edir və yenidən sayğacın işi bərpa olunur".

V.Aydınoğlu əlavə edib ki, bu xidmət tamamilə ödənişsizdir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar