Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdən poçt işçisinin çəkdiyi video ilə bağlı açıqlama:"Cəzalandırılacaq"  

Sosial şəbəkədə yayılan görüntülərə görə əməkdaş cəzalandırılacaq...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin əməkdaşlarının karantin rejimi ilə bağlı Bakıda qurulan postdan keçərkən çəkdiyi görüntülərə münasibət bildirib.

PİA.az xəbər verir ki, bununla bağlı nazirlikdən Oxu.Az-ın sorğusuna cavab verilib:

İranə Əhmədova MMC-nin Xəzər rayonu, 4 saylı Poçt Filialının, 61 saylı Poçt Şöbəsinin əməkdaşıdır. Video iş vaxtı qeydə alınmayıb. O, ölkədə elan edilən karantin rejimini kobud şəkildə pozduğuna, eyni zamanda, bunu ictimailəşdirərək cəmiyyət arasında yanlış fikir formalaşdırdığı üçün ciddi cəzalandırılacaq”.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə avtomobil idarə edən qadının və iki rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb. Həmin görüntülər Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və iki rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib.

pia.az


Etiket: Azərpoçt


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

16 saylı cəzaçəkmə müəssisəsindən Əfv sərəncamı çərçivəsində üç nəfər azadlığa buraxılıb

Borrell: Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir

Ən çox oxunanalar