Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlə Bakı gömrük rəisi gigiyenik xəstəlik biznesi qurub – Rüsvayçı faktlar...

Elə bil ki, gömrüyün alnına “vətəndaşın bəlası ol” yazılıb. Bu ölkənin gömrüyü haçan düzələcək?

Bakı Baş Gömrük İdarəsində postNovruzov dövrü heç də müjdəylə başlamayıb. Növbəti analoqsuz hadisə haqda məlumata hüquqşünas Səbuhi Axundovun statusunda rast gəlmək olur.

Bakı Baş Gömrük İdarəsinin yeni rəisi İsmayıl Hüseynov elə bir gülünc tələblər qoyub ki, sahibkarlar da mat qalıblar.

Hüquqşünas yazır: “Bakı Baş Gömrük İdarəsində dedilər ki, bir öhdəlik var, ona imza atmasan malı buraxmayacağıq. Dedim, verin imzalayım. Məcburam, mal çıxmalıdır. İki gündə gördüklərimdən o hala düşmüşəm ki, nə mahnı çalsalar oynayacam.

Təki burdan tez çıxım gedim.Baxıram ki, nə yeyiləcək, nə də içiləcək olan, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan heç bir hala yaxından uzaqdan əlaqəsi olmayan idxal etdiyimiz dəmir parçasına görə 15 gün ərzində gigiyenik sertifikat gətirməliyəm.

Mən hüquqşünasam və yaxşı bilirəm ki, imza atmaq nə deməkdir. Amma o sənədi imzaladım. Görəvli qardaşa da dedim ki, bu sertifikatı sizə indiyə kimi heç gətirən olub?”

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Gömrük əməkdaşı isə ona cavab verib ki, bəli, Səhiyyə Nazirliyinin müvafiq şöbəsi verir: “Gülərək bildirdim ki, dəmir parçasına görə gigiyenik sertifikatı istəyənlə, onu verən vəzifə sahibinə tabeyiksə vay bizim halımıza. İndi təsəvvür edirsizmi gömrükdəki vəziyyət səhiyyədəkindən heç də geri qalmır.

Bu yerdə adam astronom olmaq istəyir. 2-3 günə xaricdən gələn malınızı, iki dəfə ondan çox vaxt sərf edib çıxara bilməyiniz üçün gömrükçülər sizdən “sağlamlıq arayışı” da tələb edə bilərlər. Qanunu boş verin. İki günə o qədər şey görmüşəm ki, danışmaqla bitməz”.

S.Axundovun sarkazmla, ironiya ilə yazdığı bu faciəli faktlar doğurdan da dəhşətlidir. Gömrük idarəsi dəmir parçasının buraxılması üçün gigiyenik sertifikat tələb olunur.

Yaxşı ki, sahibkarın qanından analiz götürülməyib, dəmir parçasının QİÇS xəstəliyindən əziyyət çəkməsi yoxlanılmayıb.

Gömrükdə V.Novruzov erası bitsə də, gömrükdə qaydalar dəyişməyib. İ.Hüseynov Bakı gömrüyünə öz qaydalarını gətirməklə bərabər ənənəvi istemi də saxlamaqdadır. Çünki ondan gömrük komitəsi sədri Səfər Mehdiyev belə tələb edir.

İ.Hüseynov gömrükdə təcrübəsiz kadr deyil. O, Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsində bazar açmışdı.

Bu gün İsmayıl Hüseynov, bəlkə də, Azərbaycanın ən zəngin adamlarının ilk beşliyində yer alır. Siz onun günlük, aylıq qazancını təsəvvür edə bilməzsiniz.

##relatedPostMilli##Məsələn, keçmiş maşın alverçilərindən biri demişdi: “Mən uzun illər bu işlə məşğul olmuşam, ta İsmayıl Hüseynovun qadağasına qədər.

Qadağanınsa səbəbi son aylarda qazancın azalması ilə bağlıdır. Mən xırda maşın alverçilərindən olmamışam.

Bir ayda 300-400 maşın gətirib satırdım. Və bir ay ərzində İsmayıl Hüseynova Azərbaycan dövlətinin qanunlarından yayınaraq bir milyon manat təmiz xeyir vermişəm. Ən az olanda bu qədər olub. Kimsə bu pulların taleyini bilmir”.

İsmayıl Hüseynov zamanında onunla dostluq münasibətində olub: "Dəfələrlə böyük məmurların arxasınca da danışıb.

Deyirdi ki, bu gün əksər məmurları satın alıb. Kimsə onu təftiş eləməz. Elə bir məmur yoxdur ki, İsmayıl Hüseynov ona nəsə etməsin. Sonradan görürdüm ki, adam haqlıdır”.

Dövlət Gömrük Komitəsinin (DGK) Avtonəqliyyat Gömrük İdarəsində yaşanan özbaşınalıqlar vətəndaşların ölkəyə avtomobil idxalına maneçilik törədir.

Bu haqda indiyədək mətbuatda dəfələrlə məlumat verilib və idarənin rəisi İsmayıl Hüseynovun fəaliyyəti sərt şəkildə tənqid olunub.

İndi onun kadrlarından biri Rövşən Nəbiyevə Bakı Baş Gömrük idarəsində yeni vəzifə verilib. Avtonəqliyyat Baş Gömrük idarəsində "8-ci pəncərə teoriyası"nın yaradıcısı Rövşən Nəbiyev idarədəki dövlət tərəfindən təchiz edilmiz bütün elektron aparatların fəaliyyətinin dayandırılmasına da nail olub.

Görəsən Rövşən Nəbiyevin hansı xüsusiyyətləri Bakı Baş Gömrük idarəsinin yeni rəisi İsmayıl Hüseynovun xoşuna gəlir.

Əslində sualın özündə bir cavab var: axı İsmayıl Hüseynov bir neçə ay əvvələ qədər Avtonəqliyyat Baş Gömrük idarəsinin rəisi idi.

Deməli Rövşən Nəbiyev məhz onun kadrıdır. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevin islahatlarına barmaqarası baxan bu tandem əslində ölkə qanunlarını da çeynəyirlər.

Bütün tərəflərin mövqeyini dərc də bilərik.

Mənbə: cahan.info

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar