Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Əliyev Putin və Ruhani görüşü haqqında danışıb


“Qlobal siyasətdə sürətlə cərəyan edən proseslər və bütün bunların regionun geosiyasi mənzərəsinə fəal təsiri fonunda avqustun əvvəlində Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü baş tutacaq


Yeni dünya nizamının formalaşdığı mürəkkəb dövrdə Azərbaycan üçtərəfli formatda belə bir əhəmiyyətli görüşün ev sahibi kimi yenidən dünyanın diqqət mərkəzində olacaq”.

Bunları Energetika naziri Natiq Əliyev “Respublika” qəzetində dərc edilmiş məqaləsində qeyd edib.

İrana qarşı sanksiyaların qaldırılmasından sonrakı dövrə təsadüf edən bu görüşün qlobal enerji və kommunikasiya layihələrinin əsas iştirakçılarından biri kimi bütün dünyada etibarlı tərəfdaş imici qazanmış Azərbaycanda keçirilməsi regionda yeni əməkdaşlıq münasibətlərinin formalaşmasına təkan verəcək.

İran üzərindəki sanksiyaların ləğvindən sonra üç ölkə arasında yaranmış yeni münasibətlər mühiti, ilk növbədə, enerji sahəsində işbirliyi üçün zəngin perspektivlər yaradır.

Regionda müstəqil enerji siyasəti həyata keçirən Azərbaycan İranRusiyanın bu sahədə maraqlarını uzlaşdırmaqla avqust görüşünü enerji əməkdaşlığına zəngin töhfə verəcək platformaya çevirə bilər.

Yanacaq-enerji resurslarının həcminə görə dünyanın ən əhəmiyyətli ikinci bölgəsinə - Xəzər hövzəsinə aid bu üç ölkənin enerji sahəsində müştərək həyata keçirəcəyi layihələr kimi Rusiya-Azərbaycan-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi, həmçinin Rusiya və başqa Xəzəryanı dövlətlərdən təbii qazın nəqli dəhlizlərinin yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakı görüşündə ölkə rəhbərlərinin qətiyyətli mövqeyi isə bu layihələrin reallaşmasını sürətləndirə bilər”, - deyə nazir vurğulayıb.

Nazirin fikrincə, İran neft-qaz ehtiyatlarını xaricə bazara çıxardılmasında Azərbaycan infrastrukturundan istifadə edə bilər və bu ən real və əlverişli variantdır: “Bu görüşdən digər mühüm bir gözlənti də enerji sahəsində əməkdaşlığa xüsusi prioritetlik qazandıran istiqamətlərdən biri kimi İranın neft-qaz ehtiyatlarının dünya bazarına Azərbaycanın yaxından iştirakı ilə çıxarılmasına nail olmaqdır.

Məlumdur ki, müəyyən müddət ərzində İranın izolyasiyası siyasətinin həyata keçirilməsi Xəzərin karbohidrogen ehtiyatlarının istismarı sahəsində bu qonşu ölkənin hər hansı formada iştirakını məhdudlaşdırmış, İrandan ixrac edilə biləcək neft həcmləri İraqXəzər dənizi hövzəsinin neft ehtiyatları ilə əvəz olunmuşdur.

ABŞ-ın Xəzər dənizindəki hazırkı siyasəti isə artıq İran amili ilə müəyyən edilmir və bu ölkəyə tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə nəinki neft və qaz sahəsində birgə layihələrin (Azərbaycanın yeraltı qaz anbarlarının birgə istifadəsi və genişləndirilməsi, Xəzər dənizində birgə axtarış-kəşfiyyat işlərinin aparılması, işlənməsi və s.) reallaşdırılmasına imkan verir, eyni zamanda qazın Avropa bazarlarına nəqlində ən real və əlverişli variant qismində məhz Azərbaycan infrastrukturunun seçilməsinə zəmin yaradır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar