Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Bakı meriyasını məhkəməyə verməyə hazırlaşır


Bu qurumun partiyanın aksiya ilə bağlı müraciətini cavabsız qoyması etiraz doğurub


Xəbər verildiyi kimi, Müsavat Partiyası aprelin 19-da yürüş keçirməklə bağlı BŞİH-nə müraciət etmişdi. Yürüş saat 16:00-da “20 Yanvar” metrostansiyasının yanından başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə, “İnşaatçılar” metro stansiyasının yanındakı “Məhsul” stadionuna doğru hərəkət etməklə başlamalı idi. 

Lakin rəsmi qurum partiyanın müraciətini cavablandırmayıb. Müsavat Divanı aprelin 20-də keçiriləcək iclasında bununla bağlı qərar qəbul edəcək.

Mitinq Komitəsinin sədri, başqan müavini Elman Fəttah BŞİH-ni məhkəməyə verəcəklərini bildirdi: “BŞİH adi prosedur qaydalarını pozaraq, yürüşlə bağlı müraciətimizə yazılı cavab verməkdən nümayişkaranə şəkildə imtina etdi. Bu, ciddi şəkildə qanun pozuntusudur. Qanunvericilikdə vətəndaşların müraciətini cavablandırmaq tələbi var. BŞİH vəzifə borcunu yerinə yetirmədi. Divanın iclasında bu məsələ müzakirə olunacaq. Böyük ehtimalla bu məsələ məhkəmə müstəvisinə çıxacaq. Şəxsi fikrimi deyirəm. Hesab edirəm ki, rəhbərlikdə olan şəxslər də fikirlərini bildirəcəklər. Yəqin ki, BŞİH-ni məhkəməyə verəcəyik. Biz yürüşlə bağlı müraciət etmişik. BŞİH-nin bizə mitinqlə bağlı təklifinin özü də qanun pozuntusudur. “Sərbəst toplaşmaq azadlığı” geniş məfhumdur. Hakimiyyət BŞİH-nin timsalında insanların hüquqlarını məhdudlaşdırır. Qapalı yerdə mitinq keçirilməsini gündəmdə saxlayır. Böyük səhvə yol verdilər. Biz bu məsələnin ictimailəşməsini həyata keçirəcəyik. Müraciətimizə cavab verilməməsini, vəzifə borclarını yerinə yetirməmələrini məhkəmə müstəvisinə çıxaracağıq”.

Elman Fəttah aksiya ilə bağlı partiyanın qarşıdakı planlarından da danışdı: “Seçki ilini yaşayırıq. Hazırda ölkə iqtisadiyyatı böhran vəziyyətindədir. Kütləvi aksiyalar Müsavatın gündəmindədir. İsrarla aksiyalarımızı davam etdirəcəyik. Müsavat BŞİH-nin planına uyğun yox, öz istədiyi şəkildə aksiyalarını keçirəcək. Hesab edirəm ki, Müsavat yenə yürüşlə bağlı müraciət etməlidir. Belə bir təklif edəcəm. “Sərbəst toplaşmaq azadlığı”nın bərpası istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Qarşıdakı planlarımız Müsavat Divanının növbəti iclasında müzakirə olunacaq. Bu baxımdan, növbəti aksiyanın tarixini deyə bilmərəm. Qarşıdan parlament seçkiləri gəlir. Aksiyalar seçki təbliğatının tərkib hissəsidir. Bunlar mütləq olacaq. Aksiyaların tarixini Müsavat Divanı müəyyən edəcək”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Azərbaycan idmançıları Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qalib olublar

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Azərbaycan Prezidenti bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıb

Ən çox oxunanalar