Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mülayim “Taliban” və radikal təşkilatlar...

ABŞ və “Taliban” arasındakı mövcud vəziyyət müvəqqəti olaraq atəşkəsə bənzəyir. Bu atəşkəs bitməyincə heç bir real və ya təsirli dəyişikliyə hökm vermək mümkün deyil...

Abdullah Utaybi
“Şarkul Avsat” qəzeti, 30 avqust 2021-ci il

Vaşinqton 11 sentyabr 2001-ci ildə ABŞ-ı hədəf alan terror hücumlarından sonra Əfqanıstanı sığınacaq kimi istifadə edən “Əl-Qaidə”yə qarşı şiddətli bir müharibəyə başladı. “Taliban” hərəkatının varlığı da buna mane ola bilmədi. Prezident Corc Buş televiziyaya çıxaraq “Əl-Qaidə”nin əfqan sığınacağında qalmasına imkan verən “Taliban” hakimiyyətinin sona çatdığını elan etmişdi.

Hadisələrin 20-ci ildönümünə iki ay qalmış prezident Bayden isə Əfqanıstandan geri çəkilmək və ölkəni “Taliban” hərəkatının hakimiyyətinə buraxmaq qərarına gəldi. Çünki hazırda mülayim bir dini cərəyan hesab olunur və Dohada imzaladığı razılaşmalara əməl edəcəyini bildirib. Geri çəkilmə prosesində ABŞ - “Taliban” koordinasiyasına diqqət yetirmək lazımdır. Əslində, bu, Bayden və administrasiyasının açıqlamalarında açıq şəkildə ifadə edilib. “Al-Arabiya”nın saytında əməkdaşımız Huda Salihin söylədiyi kimi, ABŞ-ın geri çəkilməsinin təşkili ilə bağlı bəzi tövsiyələrin İranda yaşayan, Şura rəhbəri və “Əl-Qaidə”nin üçüncü adamı olan müfti Əbu Hafs əl-Moritanidən gəlməsi paradoksaldır. “Əl-Qaidə” lideri qısaca deyir: “ABŞ bu vəziyyətdən çıxmaq və doğru yola yönəlmək üçün onun fikirlərini soruşduqda o, amerikalılara olan sevgisindən deyil, “Taliban” və Əfqanıstanın maraqlarına uyğun olduğu üçün doğru yolu göstərdi”.

Taliban” geri çəkilməni ört-basdır etmək üçün mülayim bir hərəkat kimi təqdim edilir. Bu, siyasi və müvəqqəti bir addım kimi başa düşülə bilər. Ancaq siyasi oyunlar və ehtiyaclar tarixin məntiqini və şeylərin mahiyyətini dəyişmir. Birdən “Taliban” yerli fundamentalist hərəkatdan siyasi İslam qrupuna çevrilsə, necə olacaq?

Kabil hava limanına edilən hücumdan sonra Bayden və bəzi məmurları “Taliban”la koordinasiyanın yüksək olduğunu vurğulayıblar. Ancaq terrorun arxasında daha kiçik təşkilatlar dayanır, həmçinin İŞİD - “Xorasan” və “Hakkani” şəbəkəsinin adı tez-tez çəkilir. Gələcəkdə digərlərinin də adı çəkiləcək. Bu kontekstdə vacib olan budur ki, fundamentalist cərəyanlar arasında fərq qoyaraq bəzilərini mötədil, digərlərini isə ekstremist kimi təsnif etmək məsələsi Misir, Suriya və bir çox digər ölkələrdə uğursuzluğa düçar olub. Təcrübələr var və tarix də buna şahiddir.

ABŞ-ın geri çəkilmə haqqına heç kim etiraz edə bilməz. ABŞ-da bu qərarla bağlı yekdil fikir var. Amma bu şəkildə deyil. İstər hərbi əməliyyatlar, istərsə də üstünlüyün “Taliban”da olduğu və ABŞ-ın ondan əməkdaşlıq etməsini istədiyi təxliyə cəhdləri şəklində böyük səhvlər buraxılmamalı idi.

Əfqanıstanda geri çəkilmə hələ tamamlanmadan əvvəl sürətlə insan haqları, qadın hüquqları və digər Qərb humanitar dəyərləri haqqında danışılması qəribədir. Görünür, bunun məqsədi tarixin, fəlsəfənin və siyasətin hələ bağlanmaq vaxtı gəlməmiş və şərtləri yerinə yetirilməmiş bir səhifəsini bağlamaqdır.

Siyasi oyunları başa düşmək yaxşı haldır. Ancaq bu, o demək deyil ki, sırf Qərbin siyasi bir partiyası, insan haqları təşkilatı və ya media qurumu bunu etdiyi üçün onları izləmək lazımdır. Çünki fundamentalist təhlükə ilk növbədə müsəlman ölkələrini və xalqlarını hədəf alır. Bu səbəbdən, meydana çıxan bütün məntiqsiz dalğalanmalara qarşı ayıq-sayıq olmaq və onların ölçülərini və gələcək təsirlərini diqqətlə oxumaq bu ölkələrin vəzifəsidir.

Əfqanıstandakı geniş ərazidən Ərəb və İslam ölkələrinə qarşı istifadə edə biləcək fundamentalist təhlükəni qiymətləndirməmək Ərəb və İslam dünyasındakı ölkələri və siyasi sistemləri təhdid edən yeni bir fundamentalist baharın əsasının qoyulmasında iştirak etmək deməkdir.

Heç bir siyasi liderin qərarında siyasi rəqibinin arxasında gizlənməsi və həyata keçirilməsində əli olmasa da, məsuliyyəti ona həvalə etməsi yaxşı deyil. Siyasətçilərin sahəyə uyğun hərəkət edən “ordu generalları”nın qərarlarının arxasında gizlənməsi də buna daxildir.

Adlar mənaların əksini sübut edə bilməz. Bu səbəbdən, bəzi siyasi İslam qruplarında baş verən dəyişikliklər yalnız formal xarakter daşıyır və tezliklə yox olacaq müvəqqəti maraqlar üçündür.

Xaos Əfqanıstanda indiki mərhələnin ən bariz şüarıdır. Bəzi Qərb liderləri, ABŞ-ın Əfqanıstandan çəkilməsinin səbəb olduğu xaosun və qarışıqlığın miqyasını göstərir. Heç kim siyasi İslamdan və dini zorakılıq qruplarından çox xaosdan fayda götürə bilməz. Bunun ən yaxşı sübutu “Ərəb Baharı” olaraq tanınan dönəmdə Misirdə baş verənlərdir.

Sinaydakı terror təşkilatlarından Həmas hərəkatına, Livan Hizbullahından Misirdəki bütün İslamçılara qədər, daxildəki və xaricdəki bütün fundamentalist qruplar Qərbin sərhədsiz dəstəyinin kölgəsi altında hakimiyyəti ələ keçirmək üçün Müsəlman Qardaşlar cəmiyyəti ilə mükəmməl bir harmoniya və koordinasiya içində hərəkət etdilər. Bu dövr hələ yaxındır və xatirələri də canlıdır.

ABŞ və “Taliban” arasındakı mövcud vəziyyət müvəqqəti olaraq atəşkəsə bənzəyir. Bu atəşkəs bitməyincə heç bir real və ya təsirli dəyişikliyə hökm vermək mümkün deyil. Ancaq ideologiyanın gücünə diqqət yetirilməlidir, məntiq və ya reallıq tərəfindən dəstəklənməyən bir siyasi və ya ictimai arzuya görə işlər birdən-birə dəyişmir. Tarixin hərəkəti bu qədər sadə şəkildə idarə olunmayacaq qədər təhlükəlidir.

Taliban” hərəkatının siyasətləri, istiqamətləri və qərarları Əfqanıstan xalqı və dünya tərəfindən qiymətləndiriləcək. Bu məsələ öz əlindədir və qərarları o verəcəkdir. Onun qarşısında olan variantlar aydın və birmənalıdır.

Bəzi ərəb ölkələri, xüsusən də praktiki təcrübəsi olan ölkələr, bu yanan ərazilərlə işləməkdə əvvəlki təcrübədən faydalana bilərlər. Yaxud səhnəni başa düşmək, prosesləri izləmək və dərk etmək, sonra da gələcəyin təsir edəcəyi baxışlar yaratmaq üçün elmi bir təcrübə ilə önə çıxa bilərlər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar