Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə bu gün də başlamadı, amma qoşunlar əmr alıb

Rusiyanın Ukraynaya qarşı yeni genişmiqyaslı hərbi əməliyyatları ən azından bu gün-fevralın 21-də başlamayıb, amma təhlükə qalır. Rusiya təbliğat maşını fəal şəkildə hərbi müdaxiləni əsaslandırmaq üçün “bəhanə istehsalını” həyata keçirirlər, Donbassdan Rusiyanın regionlarına “qaçqın axını” barədə bir-birinin ardınca süjetlər efirə verilir, eyni zamanda “Ukrayna diversantlarının” Luqansk və Donetsk vilayətlərinin dərinliklərinə sızdığı barədə xəbərlər bir-birini əvəzləyir. Rusiya TV-ləri üçün casus belli yaratmaq üçün “Vagner” muzdluları artıq Donetskə göndəriliblər, onların vəzifəsi partlayışlar törətmək və məsuliyyəti Ukrayna tərəfinin üzərinə atmaqdır.

ABŞ-ın CBS telekanalının hərbi müxbiri Devid Martin bildirir ki, Rusiya bölmələri artıq hücum əmri alıb və bu məqsədlə manevrlər həyata keçirirlər. Kəşfiyyat məlumatlarına istinad edən jurnalist Ukrayna sərhədləri boyu cəmləşdirilmiş Rusiya qoşun bölmələrinin komandirlərinin konkret manevr planları qurduqlarını bildirir. “Onlar amerikalı komandirlərin hücum əmri alaraq etməli olduqlarının eynisini edirlər”, - Martin bildirib.

ABŞ dövlət katibi Entoni Blinken də ötən gün CNN telekanalına müsahibəsində Rusiyanın Ukraynaya hücum təhlükəsinin yüksək olduğunu bildirib. Onun sözlərinə görə, prezident Vladimir Putin artıq irimiqyaslı hərbi müdaxilə qərarını verib. Lakin Blinken deyib ki, tanklar hərəkətə keçmədən Amerika tərəfi münaqişəni diplomatiya məcrasına yönəltmək üçün bütün mümkün səyləri göstərir. O, Moskvanı hücum qərarından daşındırmaq üçün prezident Baydenin rusiyalı həmkarı ilə “istənilən an” görüşməyə hazır olduğunu deyib.

Lakin Ukrayna müdafiə naziri Aleksey Reznikov müharibənin bu gün-sabah başlaycağını göstərən əsas olmadığını deyir. Onun sözlərinə görə, hazırda Rusiya ordusu Ukrayna sərhədləri yaxınlığındakı cəmləşmə rayonlarında heç bir zərbə qruplaşması formalaşdırmayıb. “Amma bu Rusiya tərəfindən eskalasiya təhdidinin olmadığını göstərmir. Ukrayna hakimiyyəti riskləri ayıq dəyərləndirir və bütün qoşun hissələri tam hazırlıq vəziyyətindədir. Ukrayna kəşfiyyatı qərb tərəfdaşları ilə birlikdə situasiyanı nəzarətdə saxlayır, səmada “Bayraktar”lar işləyir”, - Reznikov deyib.

Nazir bildirib ki, separatçıların əhalini kütləvi şəkildə Rusiyaya təxliyə etməsi planı iflasa uğayıb, çünki Rusiyada onlar üçün heç bir şərait yaradılmadığını görəndə insanlar özləri geri qayıdırlar. “Bu, sırf “Mosfilm” üçün qurulmuş səhnədir”,-Reznikov əhalininn kütləvi təxliyəsi barədə bunları deyib.(virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Ən çox oxunanalar