Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimov özünə arxayındırsa,getsin məhkəmədə cavab versin - Siyavuş Novruzov

Siyavuş Novruzov Mübariz Mənsimovun müdafiəsinə qalxan insanlara səsləndi...

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun azad olunması üçün onun Azərbaycandakı qohumlarının insanları kütləvi aksiyalara çağırmasını pisləyib.

PİA.az xəbər verir ki, YAP rəsmisi açıqlamasında bildirib ki, Mübariz Mənsimovun azad olunması üçün insanların kütləvi aksiyalara çağırılması heç bir halda doğru deyil: “Mübariz Mənsimovun qohumları çağırış edir ki, camaat kütləvi aksiyalara çıxsın, mitinqlər keçirsin. O, Nelson Mandeladır, Martin Lüter Kinqdir? Və yaxud Qarabağ, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb, dövlət çevrilişlərinin qarşısının alınmasında iştirak edib? Camaat çıxıb onu niyə müdafiə etsin? Görünür, Mübariz Mənsimov hansısa qanunazidd əməl törədib və buna görə də onu həbs ediblər. Özünə arxayındırsa, qoy gedib məhkəmə qarşısında cavab versin. Buna görə insanları kütləvi aksiyalara çağırmaq, sabitliyi pozmağa gərək yoxdur.

Bilirisiniz ki, bu gün dünyada koronavirus təhlükəsi ciddi təhdidə çevrilib və Azərbaycan da virusun yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər görür, eyni zamanda insanların kütləvi tədbirlərdən çəkinməsi ilə bağlı çağırışlar edilib. Belə bir vəziyyətdə Mübariz Mənsimovun qohumları insanların həyatını təhlükəyə ataraq onları qanunsuz olaraq kütləvi aksiyalara çağırır. Hesab edirəm ki, insanlar belə çağırışlara qoşulmamalıdırlar, hazırda bizə bu, lazım deyil. Bu gün bizim əsas məqsədimiz insanları virusa yoluxmaqdan qorumaqdır”. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar