Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN-nin keçmiş əməkdaşının meyiti tapıldı


Bakıda Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsinin meyiti tapılıb


MTN-in İmişli rayon şöbəsinin rəis müavini 48 yaşlı Qalib Qulamovun meyiti Ələt qəsəbəsi ərazisində Xəzər dənizi sahilində aşkar edilib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Q.Qulamov çimərlik geyimində olub. Avtomobili və paltarları isə meyitdən xeyli aralıda olub.
Hadisədən əvvəl Bakıda yaşayan ailə üzvləri ilə danışıb və onların yanına gəldiyini deyib. Sonra isə ailə üzvlərinə onun ölüm xəbərini çatdırıblar.

Onu da əlavə edək ki, Q.Qulamov bir müdət əvvəl isə MTN-in Biləsuvar rayon şöbəsinin rəisi olub.

Bəzi məlumatlara görə, Q.Qulamov MTN-in Hacıqabul şöbəsinin rəisi olub, bu ilin aprelində təqaüdə göndərilib.

Məsələ ilə bağlı “Qafqazinfo” Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun rəisi Arif Babayevlə əlaqə saxlayıb. A. Babayev bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinin sıralarında belə bir əməkdaş yoxdur: “O nə İmişlinin rəis müavini, nə də Hacıqabulun rəisidir. 2014- cü ilin fevral ayında yaşa görə  ehtiyata buraxılıb. Onun MTN-nin əməkdaşı olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar