Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Monteneqronun Baş naziri Heydər Əliyev Mərkəzində


Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 18-də Heydər Əliyev Mərkəzində olub


Baş nazir Milo Cukanoviçə Mərkəz haqqında məlumat verilib. Bildirilib ki, dünya memarlığının nadir incilərindən sayılan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəzdə rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Monteneqronun Baş nazirində böyük maraq doğurub. 

Məlumat verilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilən Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər Baş nazir Milo Cukanoviçin marağına səbəb olub.

Monteneqronun Baş naziri Mərkəzdə "Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. 

Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. "Mini Azərbaycan” sərgisi isə Bakıdakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Baş nazir Milo Cukanoviç Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar