Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirziyoyevin gözlənilən Bakı səfəri... - Daşkənd-Bakı əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə çıxa bilər?

Özbəkistan Prezidentinin avqustda Azərbaycana səfəri gözlənilir...

Politoloq: “Daşkənd-Bakı əməkdaşlığının strateji müttəfiqlik səviyyəsinə çıxması zamanın tələbidir. Bu həm də zərurət halını alıb”.

Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” sonrası bənzər bir sazişdə Özbəkistanla imzlana bilər”.

Bu sözləri politoloq Turan Rzayev Özbəkistan Prezidentinin Azərbaycana gözlənilən səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir. Ümumiyyətlə, son illərdə Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın genişləndiyi, siyasi əlaqələrin intensivləşdiyi müşahidə edilir.

Bəs Özbəkistanın son illərdə Türk Birliyi siyasi-iqtisadi blokunda rolunu necə dəyərləndirmək olar və Daşkənd-Bakı əməkdaşlığının strateji müttəfiqlik səviyyəsinə çıxması mümkün görünürmü?

Azərbaycan və Özbəkistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Hər iki tərəf anlayır ki, böyük güclərin yanında tərəf tutmaq istəmirlərsə, özləri ayrıca bir tərəf olmaldır. Bunun üçünsə, ilk növbədə ikili münasibətlərə stratejik müttəfiqlik lazımdır”.

Özbəkistanın TDT ən aparıcı üzv olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, məhz Mirziyoyev dönəmində Özbəkistanın Türk Dövlətləri Təşkilatına geri döndüyünü və daha aktiv iştiraka başladığını qeyd edib:

“Özbəkistan Azərbaycan iki dost qardaş ölkədir. Ölkələr arasında uğurlu əməkdaşlıq müxtəlif sahədə illərdir davam edir. Özbəkistanla Azərbaycanı birləşdirən ən əsas xüsusiyyətlərdən biri hər iki ölkənin Qərb və Rusiya arasında gedən geosiyasi rəqabətdə tərəf tutmaması, hər iki ölkənin suveren və müstəqil siyasət aparmaq bacarığıdır. Hər iki ölkə Rusiya ilə də münasibətləri qoruyurlar. Bunla belə, Özbəkistan TDT ən aparıcı üzvüdür. Təsadüfi deyil ki, məhs Mirziyoyev dönəmində Özbəkistan Türk Dövlətləri Təşkilatına geri döndü və daha aktiv iştiraka başladı.

Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” sonrası bənzər bir sazişdə Özbəkistanla imzlana bilər. Hesab edirəm Rəsmi Daşkənd də bunda maraqlıdır. Bu həm də gələcəkdə TDT ölkələri arasında ortaq müdafiə hərbi əməkdaşlıq və vahid ordunun yaranmasına mühüm töhvə verə bilər.

Daşkənd-Bakı əməkdaşlığının strateji müttəfiqlik səviyyəsinə çıxması zamanın tələbidir. Bu həm də zərurət halını alıb. Hər iki tərəf anlayır ki, böyük güclərin yanında tərəf tutmaq istəmirlərsə, özləri ayrıca bir tərəf olmaldır. Bunun üçünsə, ilk növbədə ikili münasibətlərə stratejik müttəfiqlik lazımdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı

"Real Madrid" dünyanın ən bahalı futbol klubu olub

Birinci vitse-prezident Mehriban Əliyeva Zelim Kotsoyevi qızıl medal qazanması münasibətilə təbrik edib

Ən çox oxunanalar