Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevirin “Günəşli” yaşayış massivini sel basıb, evlər su altında qalıb


Mingəçevir şəhərinə yağan güclü leysan yağışlarından sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib


APA-nın yerli bürosunun xəbərinə görə, Boz dağdan gələn sel suları Mingəçevir şəhərinin şimalındakı “Günəşli” bağ massivində 120-dən çox fərdi yaşayış evinə ziyan vurub.

 Evləri su basıb, küçələrdə, həyətyanı sahələrdə keçilməz su gölməçələri və lil qatı əmələ gəlib. Təbii fəlakət zamanı yerli sakinlərin tərəvəz bitkiləri və ev quşları da tələf olub.
 
Hazırda yaşayış massivinin 13, 14 və 15-ci küçələrində vəziyyət daha da acınacaqlıdır. Yerli sakin Şəhla Cəfərzadənin sözlərinə görə, onun mənzilinin içərisi tamamilə lil və sel suları ilə dolduğu üçün 3 uşağı ilə birgə evi tərk edib. Əraziyə FHN-nin əməkdaşları baxış keçirib. Sel suları evi qəzalı vəziyyətə saldığı üçün ailə üzvləri başqa mənzilə yerləşdirilib. Sel suları Tahir Zakirovun mənzilinə də ciddi ziyan vurub.
 
Yerli sakinlər selin fəsadlarının ağır olmasını “Günəşli” yaşayış massivindən keçən su kanalının çəkilişi zamanı nöqsanlara yol verilməsi, su ötürücülərinin lil və çöküntülərlə dolması səbəbindən baş verdiyini bildirirlər.
 
Hazırda ərazidə selin fəsadlarının aradan qaldırılması üçün işlər görülür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar