Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milli Təhlükəsizlik Konsepsiyamızda düzəlişlər edilməlidir”


Hərbi ekspert: “Rusiya bilməlidir ki, Azərbaycanın maraqlarına toxunan addımlar atılırsa, Azərbaycan oturub gözləməyəcək”


Ötən həftəsonu Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan özündənrazı şəkildə bəzi açıqlamalar verdi. 

Erməni generalın iddiasına görə, onun rəhbərlik etdiyi hərbi birləşmə Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula bilər və hətta bunu Putinin göstərişi olmadan belə həyata keçirmək iqtidarındadır. Bunun ardınca isə Rusiyanın Ermənistandakı səfiri bəyan etdi ki, Ermənistandakı 102-ci Rusiya hərbi bazası genişləndirilə bilər.

Baş verənlər Azərbaycan ərazisində, əsasən də Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsini yenidən aktuallaşdırıb. Maraqlıdır ki, bu mövzuda tanınmış rusiyalı hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini Aleksandr Xramçixin də danışarkən bildirib ki, Türkiyənin Naxçıvanda hərbi baza qurmaq planı ilə bağlı yayılan məlumatlar yəqin ki, ciddidir.

Belə bir bazanın yaradılması söhbəti çoxdan gedir. Türkiyə NATO üzvü olsa da ən azından Qars müqaviləsi ona belə bir haqq tanıyır. Həmin müqaviləyə görə qardaş dövlət Naxçıvanın Azərbaycanın tərkibində mövcudluğunun qarantlarından biridir.

Ekspertlər hesab edir ki, belə bir bazanın önəmi Azərbaycandan ötrü ən əvvəl ondan ibarətdir ki, Qarabağda müharibə variantında Ermənistan ordumuzun diqqətini Dağlıq Qarabağdan yayındırmaq, silahlı qüvvələrimizi iki cəbhəyə parçalamaq üçün Naxçıvana hücum etməyə cürətlənməz. Türkiyənin bazası çəkindirici rol oynayar. Ekspertlər onu da bildirir ki, Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasını ən azından, Gümrüdəki Rusiya hərbi bazasının mövcudluğu və artırılacağı ehtimalı da zəruri edir.

Bu barədə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, hazırkı ölkə qanunvericiliyinə, Hərbi Doktrinaya və Milli Təhlükəsizlik Konsepsiyasına əsasən, Azərbaycan ərazisində hər hansı başqa xarici dövlətin hərbi bazası, yaxud əsgəri qüvvəsi yerləşdirilə bilməz. Lakin artıq zaman və bölgədə, ətrafımızda gedən geosiyasi, hərbi proseslər, Ermənistan-Rusiya hərbi ittifaqının getdikcə təhlükəyə çevrilməsi Azərbaycanın da bir sıra zəruri addımlar atmasını diktə edir: 

Azərbaycanda qardaş Türkiyənin hərbi qüvvələrinin yerləşdirilməsi üçün Milli Təhlükəsizlik Konsepsiyamızdakı, Hərbi Doktrinadakı və digər qanunlarımızdakı qadağalara bəzi əlavələr və ya düzəlişlər edilməlidir. Ona görə də lazım olarsa Milli Məclis Azərbaycanın maraqları naminə müdafiə və təhlükəsizliyimizi gücləndirmək üçün Milli Təhlükəsizlik Konsepsiyasında müəyyən dəyişikliklər edilməlidir. Yəqin ki, ediləcək. Açıq-aşkar görünür ki, türk dünyasını istəməyən qüvvələr aktivləşiblər. Üzdə guya Türkiyəni və Azərbaycanı dəstəkləsələr də, əslində əməldə Azərbaycan və Türkiyə əleyhinə proseslər üzərində iş aparırlar. Rusiyanın Ermənistandakı səfirinin 102-ci hərbi bazanın genişləndirilə biləcəyi barədə açıqlaması bir çox planlardan xəbər verir. Biz Milli Təhlükəsizlik Konsepsiyamızda və Hərbi Doktrinamızda dəyişiklik etməyə məcburuq. Azərbaycanın özünə müttəfiq saydığı dövlətin hərbi qulluqçularını müvəqqəti əsaslarla öz ərazimizdə yerləşdirilməsinə razılıq verən bəndi həmin sənədlərə daxil edə bilərik. Hesab edirəm ki, hadisələrin inkişafı buna aparır. Mən Naxçıvana görə o qədər narahat deyiləm. Çünki Qars müqaviləsinə əsasən Türkiyənin Naxçıvanın təhlükəsizliyi üçün bir cavabdehlik hüququ var. Azərbaycanın digər ərazilərinin təhlükəsizliyinin də qarantiya altına alınması vacibdir”.

Azərbaycan qeyd olunan addımı atacağı halda Rusiyanın reaksiyasının necə olacağına gəlincə, hərbi ekspert vurğuladı ki, Azərbaycan müstəqil dövlətdir və Rusiyanın onun daxili işinə müdaxilə etməyə ixtiyarı yoxdur: “İkincisi, Rusiya amili Azərbaycanda xeyli şişirdilir, Rusiya narazı qalacaq deyə biz öz təhlükəsizliyimizi gücləndirməməliyik?! Rusiya bilməlidir ki, Azərbaycanın maraqlarına toxunan addımlar atılırsa, Azərbaycan oturub gözləməyəcək, təhlükəsizliyini təmin etmək istiqamətində qanuni addımlar atacaq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

16 saylı cəzaçəkmə müəssisəsindən Əfv sərəncamı çərçivəsində üç nəfər azadlığa buraxılıb

Borrell: Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir

Ən çox oxunanalar